08 Avqust 2024 15:38
161
SİYASƏT
A- A+

Ombudsman: Ermənistanın etnik təmizləmə siyasəti ilə azərbaycanlıların fundamental azadlıqları pozulub


Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir.

"Report" xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın (Ombudsman) Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının 33-cü ildönümü ilə bağlı müraciətində qeyd edilib.

"Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülmüşdür. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub".

Qeyd edilib ki, Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video