08 Avqust 2024 16:50
100
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsinin sədri katolik kilsəsində olub

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Məryəm Ana” katolik kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ilə görüşdə Ümummilli Lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib, Birinci vitse-prezident Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik kilsəsi ilə sıx əməkdaşlığından danışıb.

Ölkənin sosial və mədəni mühitində müxtəlif qrupların harmonik şəkildə bir arada yaşaması ənənəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə təbliğinin əhəmiyyətinə toxunan Komitə sədri qeyd edib ki, bütün bunlar Azərbaycanın məqsədyönlü inkişafı və sürətli tərəqqisi üçün əsas amillərdən biridir.

Söhbət zamanı yepiskop Vladimir Fekete ölkəmizdə Katolik dini icmasının tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Yepiskop, həmçinin Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, multikulturalizm, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında da müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video