24 Fevral 2022 01:58
2733
Mədəniyyət
A- A+
Qarabağın tanınmış simaları

Qarabağın tanınmış simaları

 

Qədim Şuşanın ən məşhur soyadlarından biri - Vəzirovlardan söhbət düşəndə ilk növbədə Mirzə Camal bəyin adını çəkmək lazım gəlir. Əslində, baş vəziri olduğu İbrahimxəlil xan və Mehdiqulu xan kimi, o da Cavanşirlər soyundan idi.

Cavanşir elindən, Hacılı qolundan olan Mirzə Camal bəy 1773-cü ildə Gecəgözlü obasında dünyaya gəlib. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunandan sonra onlar şəhərə köçüblər. Ədəbiyyatçı Adolf Berje yazıb: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa, avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı”.

Mirzə Camal bəy divanda katib işləyib. Baş vəzir Molla Pənah Vaqif Məhəmməd bəy Cavanşir tərəfindən qətlə yetirildikdən sonra İbrahimxəlil xan qayıdıb, yenidən xanlıq taxtında əyləşdi. Divanxana katibi Mirzə Camal bəy də o zaman baş vəzir təyin edildi. 1822-ci ildə xanlıq ləğv olunduqdan sonra ona hərbi idarədə yaradılan məhkəmədə vəzifə verildi. On səkkiz il məhkəmə sistemində çalışdı. 1840-cı ildə istefaya çıxdı və bundan sonra tibb elmini yaxşı bilən Mirzə Camal bəy həkimliklə məşğul oldu, insanları pulsuz müalicə etdi.

Qarabağın əksər mahallarında onun mülkü olub. Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. 1815-ci ildə “İran tarixi haqqında qısa icmal” adlı tarixi əsər yazıb. 1847-ci ildə isə Qarabağın siyasi hadisələrindən bəhs edən “Qarabağ tarixi” əsərini qələmə alıb. Mirzə Camal bəy 1853-cü ildə dünyadan köçüb.

Onun Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları olub. Oğlu Rzaqulu bəy 1814-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. İbtidai təhsilini molla yanında alıb. Sonralar mədrəsədə və Şuşa qəza məktəbində təhsil alıb. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, murov vəzifələrində çalışıb. 1842-ci ildə praporşik rütbəsi alıb. Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilib. O, bioqraf kimi “Dəftəre vəqaye və keyfiyyəte hökumət və istiqlale xəvanin məğfurun, mərhumun Pənah xan, İbrahim xan dər vilayəte Qarabağ” adlı tarixi, “Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştü Axund Molla Əlipənah Vaqif təxəllüs” və Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs” adlı bioqrafik əsərlərini qələmə alıb.

Rzaqulu bəyin Həşim bəy, Məhəmmədşəfi bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları olub. O, 1875-ci ildə vəfat edib.

Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulub. Şəhər rus-tatar məktəbində oxuyub. 1845-ci ildə Mehri polis sahəsində tərcüməçi kimi fəaliyyətə başlayıb. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi, Dərbənd və Qars şəhərlərində mülki hakim vəzifələrində çalışıb.

Mirzə Həmid bəyin Zeynalabdin bəy, Fərrux bəy, Azad bəy, Cavad bəy adlı oğulları, Xeyrənsə xanım adlı qızı olub.

Onun oğlu Zeynalabdin bəy 1854-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Rus-tatar məktəbində oxuyub. Yelizavetpol Şəhər Qəza Məhkəməsində işləyib. Sonra Qars hərbi qubernatorunun dəftərxanasında kargüzarlıq edib. Gəncəyə gedib. Dilmanc işləyib. Şuşaya dönüb,  şəhərdə rəis köməkçisi vəzifəsində çalışıb.

Bir müddət Cəbrayıl, Nuxa və Şuşa qəzalarında çalışıb. 1897-ci ildə istefaya çıxıb. O, 1933-cü ildə Bakıda vəfat edib.

Zeynalabdin bəyin Allahyar bəy, Aslan bəy, Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları olub.

Mirzə Həmid bəyin digər oğlu - mühəndis, xeyriyyəçi. məmur, müşavir, Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Fərrux bəy 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 1882-ci ildə Bakı real məktəbini bitirib, 1886-cı ilədək Sankt-Peterburq Dağ-Mədən İnstitutunda dağ mühəndisi ixtisasına yiyələnib.

Fərrux bəy Kultin duz mədəninin başçısı kimi altı ay fəaliyyət göstərdikdən sonra öz xahişi ilə işini dəyişib, Bakı şəhərinə gələrək Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsində çalışıb. Vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri təyin olunub. Bir il sonra “Xəzər yoldaşlığı” ortaqlığının başçısı, eləcə də “Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı” şirkətinin yaradıcılarından və payçılarından biri olub. “Xəzər yoldaşlığı”nda beş il çalışdıqdan sonra neftçıxarma idarəsini yaradıb. “Naftalan neft istehsalı yoldaşlığı”nın paylarından çoxunun sahibi olub. Şuşa qəzasının Hindarx kəndində geniş torpaq sahəsi alıb. Yeni aqrotexniki qaydada pambıq əkib, pambıqtəmizləmə zavodu tikib. At zavodu yaradıb. Hindarx kəndində məktəb, xəstəxana inşa etdirib.

1906-cı ildə Sankt-Peterburq şəhərinə köçən Fərrux bəy ictimai, siyasi və iqtisadi məsələlərlə məşğul olub, müsəlmanların hüququnu müdafiə edib.

Fərrux bəyin Əlmurad bəy adlı oğlu olub. O, 1920-ci ildə vəfat edib.

Çar ordusunun mayoru, məmur Əbdürrəhim bəy Vəzirov 1840-cı ildə Şuşa şəhərində dünyaya gəlib. Şəhər məktəbində təhsil alıb. Çar ordusunda xidmətə başlayıb, mayor rütbəsinədək yüksəlib. O, 1877-1878-ci illərdə Rus-Osmanlı müharibəsində iştirakına görə “Vladimir” xaçına layiq görülüb.

Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu, şair, həkim Əsəd bəy 1824-cü il təvəllüdlü idi. Mədrəsə təhsili alıb. Bir neçə dil öyrənib. Mülkədar olmaqla yanaşı, həkimliklə məşğul olub. O, 1873-cü ildə dünyasını dəyişib.

Şair, hüquqşünas Bəhram bəy Vəzirov 1857-ci il dekabrın 23-də anadan olub. Şeirlərini Fədai təxəllüsü ilə qələmə alan Bəhram bəy “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Sovet hakimiyyəti illərində o, həm də İttihadçı kimi gizli fəaliyyət göstərib. Tezliklə həbs edilib. Bəhram bəy Ağdam həbsxanasında vəfat edib.

1924-cü il  fevralın 15-də Qaryagin rayonunun Sərdarlı kəndində dünyaya gələn Fəridə Vəzirova Bakı şəhərində 171 saylı orta məktəbdə oxuyub. 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1942-ci ildə könüllü ordu sıralarına yollanıb. 1945-ci ilin oktyabrında tərxis edilib. Təhsilini davam etdirib. 1948-1949-cu illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi işləyib, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxuyub. “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri, ADU-nun Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olub. O, 1986-cı ildə Bakı şəhərində vəfat edib.

Süleyman Vəzirov 1910-cu ildə Şuşada dünyaya gəlib. Tələbə ikən kinomexanik köməkçisi işləyib. Texnikumu bitirdikdən sonra İliç buxtasında çalışıb. 1928-1932-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Dağ-mədən fakültəsində təhsil alıb. Pirallahı, Lökbatan, Qaraçuxur neft-qaz yataqlarında işləyib. Müxtəlif illərdə “Molotovneft” trestində (indiki Əmirov adına Neftqazçıxarma İdarəsi) mədən müdirinin müavini, “Kaqanoviçneft” trestinin (indiki Suraxanı Neftqazçıxarma idarəsi), “Azneftkombinat”ın baş mühəndisi vəzifələrində çalışıb. 1942-ci ildə “Azneftekombinat”a rəhbər təyin edilib. 1945-ci ildə “Azneft” Birliyinin rəisi olub. Mir Cəfər Bağırov səbəb göstərmədən onu vəzifədən kənarlaşdırıb. 1946-cı ildə SSRİ Nazirlər Sovetinin təsdiqi ilə ölkənin cənub və qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin rəisi vəzifəsinə seçilib. 1949-cu ildə Stalinin əmri ilə “Turkmənneft” Birliyinin müdiri təyin olunub.

Nəhayət, Mir Cəfər Bağırovun hakimiyyətinin sonu gəlib. Azərbaycan SSR KP MK-nın birinci katibi İmam Mustafayev onu respublikaya dəvət edib. Süleyman Vəzirov 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi naziri olub. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə yüksəlib. 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri olub.

Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə 1898-ci il dekabrın 6-da anadan olub.

O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Avropaya təhsil almaq üçün göndərilən yüz tələbənin biri olub. 1920-ci ilin yanvarında Bakıdan Batuma, oradan isə Romaya yollanıb. Aslan bəy xəstələndiyi üçün Romada qalmalı olub. Sonra sağalıb. Parisə gedib. Paris Universitetinin Riyaziyyat-kimya fakültəsində oxumağa başlayıb. Təhsilini Nansi Universitetində Geologiya fakültəsində davam etdirib. 1920-ci il 28 aprel işğalından sonra təqaüdləri kəsilən tələbələrin ağır günləri başlayıb. Aslan bəy müxtəlif işlər görərək təhsilini davam etdirib, tətillərdə kömür mədənlərində çalışıb.

1925-ci ildə Bakıya qayıdan Aslan bəy “Azneft”də geoloji kəşfiyyat işləri ilə bərabər, Azərbaycan Politexnik İnstitutunda dərs deyib. Ali təhsil ocağında ömrünün sonu, 1984-cü ilədək pedaqoji fəaliyyətini davam etdirib. 1930-cu ildə professor elmi adını alıb.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

22:29
06 Avqust

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

22:22
06 Avqust

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

22:15
06 Avqust

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

22:08
06 Avqust

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

22:01
06 Avqust

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb

21:54
06 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

21:47
06 Avqust

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

21:40
06 Avqust

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

21:33
06 Avqust

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var

21:26
06 Avqust

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

21:19
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!