04 Dekabr 2025 15:18
532
Mədəniyyət
A- A+
Uşaqların sevimli “Aybolit”i gəlir

Uşaqların sevimli “Aybolit”i gəlir


Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 5-də (saat 12.00 və 14.00) Korney Çukovskinin məşhur “Aybolit”  şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.

Bildiyiniz kimi, “Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə (Nikolay Vasilyeviç Korneyçukov) məxsusdur. Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.

Əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb: “Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib. Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəlklər”, - Kukla Teatrının mətbuat xidmətindən bildirilib. 

Məlumatda qeyd olunub ki, tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə nümunəsində obrazları Əməkdar artistlər  Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.

Onu da qeyd edək ki, tamaşa qocaman kuklaçı, Respublikanın əməkdar artisti Rəman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub. 


Zöhrə FƏRƏCOVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!