08 Avqust 2024 15:26
105
CƏMİYYƏT
A- A+

Qarabağ Dirçəliş Fondu 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib

 

Qarabağ Dirçəliş Fondu ötən il dekabrın 31-nə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan”ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, Fondun maliyyə hesabatları 2023-cü il dekabrın 31-i maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət, yaxud zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında hesabatları əhatə edir.

“PwC Azərbaycan” tərəfindən Qarabağ Dirçəliş Fondunun 2023-cü il dekabrın 31-i tarixinə maliyyə hesabatına dair verilən rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qarabağ Dirçəliş Fondunun 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Bildirilib ki, Qarabağ Dirçəliş Fonduna ötən il ərzində ümumilikdə 206 milyon 485 min 811 manat ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 47 milyon 195 min 993 manat maliyyə gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 37 faiz artıb. Nəticədə maliyyə (investisiya) gəlirlərinin Fondun ümumi gəlirlərində payı 1 faizdən 18,6 faizə qədər yüksəlib.

Bununla da 2023-cü il dekabrın 31-nə Fondun cəmi aktivlərinin həcmi 19 faiz və ya 238,9 milyon manat artaraq 1 milyard 477 milyon 65 min 244 manata çatıb.

Xatırladaq ki, 2024-cü il yanvarın 24-də Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə kənar auditoru kimi təsdiqlənib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video