06 Avqust 2025 19:20
1011
İDMAN
A- A+
Qara Qarayev: Hansı rəqiblə oynamağımızın fərqi yoxdur, bizim öz hədəfimiz var  

Qara Qarayev: Hansı rəqiblə oynamağımızın fərqi yoxdur, bizim öz hədəfimiz var  


Komanda yaxşı vəziyyətdədir, futbolçularda yorğunluq yoxdur. “Aris” üzərində qalibiyyət bizə yaxşı əhval-ruhiyyə bəxş edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Yarımmüdafiəçi sabahkı matça tam hazır olduqlarını bildirib: “Yaxşı və təhlükəli rəqibə qarşı oynayacağıq. “Omoniya”nı analiz etmişik. Bütün diqqətimiz bu oyundadır. Evdə oynamaq üstünlüyündən istifadə edib, qalib gəlmək istəyirik. İnanıram ki, azarkeşlərimizin də dəstəyilə qələbə qazana bilərik".

Vaxtilə “Qarabağ”ın heyətində "Omoniya"ya qarşı oynadığını xatırladan futbolçu hazırkı heyətin daha güclü olduğunu söyləyib: “Həmin komanda ilə indiki arasında xeyli fərq var. Yeni baş məşqçi komandaya öz fəlsəfəsini gətirib. Hazırkı "Omoniya"nın hücum xətti daha sürətlidir".

Bütün komandalara hörmətlə yanaşdıqlarını deyən Q.Qarayev “Araz-Naxçıvan”ın da öz hədəflərinin olduğunu və buna çatmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Ona görə də hansı rəqiblə oynamağımızın heç bir fərqi yoxdur. Futbolda bütün suallara meydanda aydınlıq gəlir. Böyümək üçün zaman lazımdır. İnanıram ki, növbəti illərdə daha inamlı addımlar ataraq, qruplarda çıxış edə bilərik".

O, “Omoniya” ilə matçda azarkeşlərin tribunaları tam dolduracağına inamını ifadə edib: “Biz məhz bunu gözləyirik. Düşünürəm ki, ilk matçdan sonra fanatların etimadını qazana bilmişik".

Qara Qarayev sonda oyunlar vaxtı daha çox ehtiyatda qalmasına da münasibət bildirib: “Harada olmağımdan asılı olmayaraq, hər zaman Elmar müəllimin yanındayam. Buraya komandaya kömək etmək üçün gəlmişəm".

Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!