11 Sentyabr 2026 19:10
1511
Mədəniyyət
A- A+
Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan


Gürcü ədəbi mühitində Azərbaycan ilə bağlılığı olan şair və yazıçılar az deyil. Onlardan biri də gürcü ədəbiyyatında fəlsəfi romantizmin banisi, “Gürcüstanın Bayronu” adlandırılan Nikoloz Barataşvilidir (1817–1845). Barataşvili cəmi 27 il ömür sürməsinə baxmayaraq, zəngin poetik irs qoyub gedib. Onun qısa və çətin ömür yolu, xüsusilə də həyatının son illəri Azərbaycanla sıx bağlarla formalaşıb, Azərbaycan mühiti onun həm şəxsi həyatında, həm də yaradıcılığında dərin izlər buraxıb.

AZƏRTAC-ın xüsusi müxbiri Nikoloz Baratişvilinin Azərbaycanla bağlılığını aydınlaşdırıb.

1844-cü ildə Tiflisdəki dövlət qulluğundan ayrılan N.Barataşvili Çar Rusiyasının inzibati təyinatı ilə Naxçıvana idarəçilik işinə göndərilir. Şairin Naxçıvandakı fəaliyyəti təkcə məmurluqla məhdudlaşmayıb, o, bölgənin mədəni və kübar mühiti ilə də yaxından tanış olub.

Naxçıvanda olarkən şair sonuncu Naxçıvan xanı Ehsan xanın qızı, şairə Qönçəbəyim ilə tanış olur. Qönçəbəyimin füsunkar gözəlliyi, incə ruhu və şeirə olan həvəsi Barataşvilini heyran qoyur. Şair dostu Maiko Orbelianiyə yazdığı məktublarında Qönçəbəyimin taleyindən və gözəlliyindən bəhs edərək, onun 12 yaşında ərə verildiyini, lakin yüksək daxili mədəniyyətə malik olduğunu vurğulayır. Şair bu heyranlığını məşhur "Qönçəbəyimə" şeirində əbədiləşdirib.

Naxçıvandakı xidmətindən sonra Nikoloz Barataşvili 1845-ci ilin yazında Gəncəyə (ozamankı Yelizavetpol) qəza rəisinin köməkçisi vəzifəsinə təyin olunur. Gəncənin mühiti və təbiəti şairə xoş gəlsə də, həmin dövrdə bölgədə tüğyan edən qızdırma (malyariya) xəstəliyi onun səhhətini kəskin şəkildə pisləşdirir.

1845-ci il oktyabrın 21-də Barataşvili 27 yaşında Gəncədə vəfat edir və şəhərdəki köhnə qəbiristanlıqda torpağa tapşırılır. Şairin nəşi 1893-cü ilə qədər Gəncə torpağında qalır. Həmin il gürcü ziyalılarının və ictimaiyyətinin təşəbbüsü ilə onun qəbir qalıqları böyük ehtiramla Gəncədən Tiflisə köçürülür və Mtatsminda Panteonunda dəfn olunur.

Nikoloz Barataşvilinin sağlığında heç bir şeiri çap olunmamışdı. Onun poetik irsi ölümündən illər sonra kəşf edilib, Azərbaycanla bağlı misraları isə iki xalqın mədəni dostluğunun unudulmaz səhifəsinə çevrilib.

2017-ci ildə N.Barataşvilinin 200 illik yubileyinin UNESCO-nun beynəlxalq əhəmiyyətli tədbirlər siyahısına daxil edilməsinin əsas təşəbbüskarlarından biri məhz Azərbaycan olub. Bu gün həm Gürcüstanda, həm də Azərbaycanda Barataşvili iki qonşu xalqın ədəbi-mədəni əlaqələrini təcəssüm etdirən mühüm simalardan biri kimi yad edilir.

Qeyd edək ki, Nikoloz Barataşvilinin bütün poetik irsi cəmi 36 şeir və bir poetik poemadan ibarətdir.

Onun poeziyasının mərkəzində insanın taleyi, azadlıq həsrəti, tənhalıq və kainatla fərd arasındakı ziddiyyət durur. Şairin qəhrəmanı daim ruhani azadlığa can atan, lakin zəmanənin məhdudiyyətləri ilə toqquşan faciəvi romantikdir.

Onun "Gürcüstanın taleyi" adlı tarixi poeması onun ən mühüm əsərlərindən biridir. Əsərdə Gürcüstanın müstəqillik mübarizəsi, tarixi seçimi və Çar Rusiyasına birləşdirilməsi dövrünün dramatik mənzərəsi fəlsəfi dərinliklə təhlil olunur.

Barataşvilinin Ekaterina Çavçavadzeyə bəslədiyi cavabsız sevgisi onun romantik lirikasının ana xəttini təşkil edib. Şairin məhəbbət şeirlərində saf hiss ilə yanaşı, dərin mənəvi kədər və həsrət duyulur.

Azərbaycan mövzusu daha maraqlıdır. Naxçıvan və Gəncədə yaşadığı dövrdə Qafqazın mədəni mühiti onun yaradıcılığına təsir göstərib. Naxçıvan xanının qızı, şairə Qönçəbəyimə həsr etdiyi məşhur "Qönçəbəyimə" şeiri iki xalqın ədəbi dostluğunun ən gözəl nümunələrindən sayılır.

Şairin “Merani" (At) əsəri gürcü poeziyasının şah əsərlərindən biridir. Burada Merani azadlıq, cəsarət və taleyə qarşı üsyanın rəmzidir.

"Kürün sahili" təbiət və fəlsəfi düşüncələrin sintezi, “Gürcüstanın taleyi" əsəri tarixi-fəlsəfi poema, "Qönçəbəyimə" şeiri isə Azərbaycanla bağlı romantik həsrət şeiri kimi qiymətləndirilir. Sağlığında heç bir şeiri çap olunmayan şairin poetik irsi dünya romantizm ədəbiyyatının inciləri sırasına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!