20 Fevral 2025 08:05
2493
CƏMİYYƏT
A- A+
Prezidentin növbəti Qarabağ səfəri

Prezidentin növbəti Qarabağ səfəri


Böyük qayıdış proqramının icrası davam edir


Prezident İlham Əliyevin Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlər Azərbaycan üçün tarixdir, yaddaşdır, fəxr olunacaq hadisələrdir. Həmin səfərləri şərtləndirən ən əsas amil isə Böyük qayıdışın reallaşması istiqamətində nəzərdə tutulan  layihələrin icrasıdır. Ötən 4 ildə dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə onlarla sənaye və kənd təsərrüfatı obyektinin, digər infrastruktur layihələrinin təməlini qoyub, açılışını edib.

Məlumdur ki, Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri Böyük qayıdış proqramının icrasıdır. Təbii ki, 4 ildə İlham Əliyevin rəhbərliyi ilə regionda xeyli yaşayış evi, sosial obyekt tikilib, yol-nəqliyyat infrastrukturu, istehsal müəssisələri istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə başlanan işlərin xronologiyasına nəzər salanda heyrətlənməmək olmur. Nəhəng infrastruktur layihələrinin qısa müddətdə  icrası möcüzə təsiri bağışlayır. Sözsüz ki, həmin möcüzəni yaradanlardan  birincisi Prezident İlham Əliyevdir. 

Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın  fevralın 18-19-da Ağdam və Xankəndiyə  etdiyi növbəti səfəri də bu qəbildəndir. Səfər proqramı Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan  "Hilton Garden İnn" hotelində aparılan tikinti işləri ilə tanışlıqla başladı. Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var. Burada qonaqların zövqünü oxşayan interyer işləri görülüb. "Hilton Garden İnn" hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. 

Sonra "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edən Prezidentə məlumat verildi ki, ikimərtəbəli mərkəzin birinci mərtəbəsində hər birinin gücü 2500 KVa olan 35/0,4 kilovoltluq 2 güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbəsində idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Azərbaycan musiqisinin beşiyi olan Qarabağda 30 il musiqi sədaları kəsilmişdi, muğam zəngulələri eşidilmirdi. Qarabağın musiqisini özünə qaytarmaq,  yeni musiqiçi və xanəndələrin yetişməsi üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hələ 2023-cü il mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlini qoymuşlar. Onlar indiki səfər çərçivəsində Muğam Mərkəzinə də baş çəkdilər. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. 

Sürətlə salınan yeni Ağdam şəhərində yeni bir ünvan var - "Ağdam Residence" yaşayış kompleksi. Təməli 2022-ci il fevralın 13-də  İlham Əliyev tərəfindən qoyulub. Üç ildir tikinti işləri aparılan komplekslə tanışlıq zamanı dövlət başçısına və Mehriban xanım  Əliyevaya məlumat verildi ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. 

Savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq hər bir insanın mənəviyyatını zənginləşdirir. Qarabağlılar illər idi bu zənginliyi Azərbaycanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşdıqları ərazilərdə əldə edirdilər. Amma Böyük qayıdış onlara bu imkanı doğma yurdda  qazanmağa imkan verir. Vaxtilə Ağdamda fəaliyyət göstərən 1 nömrəli tam orta məktəb yenidən inşa edilir. Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan təhsil müəssisəsi 960 şagirdlikdir. Məktəbin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur. Prezident səfər çərçivəsində bu məktəbdə və 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə də tanış olub. 

İşğaldan azad edilmiş ərazilər tarixi-mədəni abidələrlə zəngin olmuşdur. Bu gün həmin abidələr də bərpa edilir. Belə abidələrdən biri Əsgəran qalasıdır. Azəbaycan memarlığının nadir nümunələrindən olan qalanın dizayn layihəsi "Mədəni və təbii irs", "İnfrastruktur və xidmətlər", "Əyləncə və istirahət", "Marketinq və təşviqat" olmaqla 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. XVIII əsrdə Qarabağ hakimi Pənahəli xanın göstərişi ilə inşa edilən Əsgəran qalasını ziyarət edən Prezident və xanımı orada görülən işlərlə tanış olublar.

Ağdamdan sonra Xocalının Ballıca kənd sakinləri ilə görüşən dövlət başçısı  dünən Xankəndidə "Bulud" hotelin açılışında iştirak edib. Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Dövlət başçısına məlumat verilib ki, hoteldə 50 nəfər işlə təmin olunub. 

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi Tikiş Fabriki dövlətlərimiz arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentinin tapşırığına əsasən inşa edilib. Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 zamanı İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi Tikiş Fabrikinin açılışı olmuşdur. Bu səfər çərçivəsində fabrikə baş çəkən Prezidentə məlumat verilib ki, müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. 

44 günlük savaşın qəhrəmanlığını özündə əks etdirən Zəfər parkları həm də  Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının rəmzidir. İlham Əliyev budəfəki səfərində yeni bir rəmzə "imza atdı" - Xankəndi şəhərində Zəfər parkının təməlini qoydu. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!