24 Dekabr 2025 12:35
192
İQTİSADİYYAT
A- A+
Prezidentin enerji strategiyasına həsr olunan “Nur Zəfəri” filmi təqdim olunub  

Prezidentin enerji strategiyasına həsr olunan “Nur Zəfəri” filmi təqdim olunub  


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti nəticəsində elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş “Nur Zəfəri” adlı sənədli film hazırlanıb.

“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, film “AzərEnerji” ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda, bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub. Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.

Qeyd olunub ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə elektroenergetika sektorunda genişmiqyaslı islahatlara başlanılıb, milli idarəetmə modeli formalaşdırılıb, generasiya və paylayıcı şəbəkələr faktiki olaraq yenidən qurulub. Onlarla yeni elektrik stansiyası inşa edilib, mövcud güclər modernləşdirilib, enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və ölkənin enerji təhlükəsizliyi təmin edilib.

Filmdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paylayıcı şəbəkənin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı və regionlarda hava elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi, eləcə də “ağıllı şəhər” konsepsiyasına keçid ardıcıl şəkildə əks olunur. Eyni zamanda, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yaradılan enerji infrastrukturu milli bərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim edilir.

Sənədli filmdə yaşıl enerji strategiyası, COP29-a ev sahibliyi, beynəlxalq enerji layihələri və Azərbaycanın regional enerji liderinə çevrilməsi Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının nəticəsi kimi dəyərləndirilir. “Nur Zəfəri” filmi elektroenergetika sahəsində əldə olunan uğurları, bu sahədə çalışan energetiklərin fədakar əməyini və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən sənədli ardıcıllıq kimi təqdim olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB 

18:16
24 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan  

17:12
24 Dekabr

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!