24 Dekabr 2025 14:56
195
CƏMİYYƏT
A- A+
Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 19 ailə olmaqla, 70 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


13:01


İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Horovlu kəndi bu gün 19 ailə olmaqla, 70 nəfərə qucaq açıb.

Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.


Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:49
24 Dekabr

Neftçalada aztəminatlı ailələrin övladları üçün bayram aksiyası təşkil olunub  

14:48
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!