07 Mart 2026 09:10
142
CƏMİYYƏT
A- A+
Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu


Bu münasibətlə rayonda açılış mərasimi keçirilib


Məlum olduğu kimi, Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın "İdman paytaxtı" elan edilmişdir. Bu münasibətlə rayonda "Qazax İdman Paytaxtı-2026"nın açılış mərasimi keçirilmişdir. 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, keçən il "İdman Paytaxtı" olmuş Qəbələnin RİH başçısı Səbuhi Abdullayev, Respublika Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, idman federasiyalarının əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Açılış mərasimi  "Qarabağ Azərbaycandır!" abidə kompleksinin  ziyarəti ilə başlamışdır. İştirakçılar Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək xatirələrinə ehtiramlarını bildirmişlər. Sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş sərgiyə baxış keçirmiş, Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndərin və Prezident İlham Əliyevin dövlətçilik siyasətindən bəhs edən kitabların və ölkəmizdə idman siyasətindən bəhs edən nəşrlərin sərgisi ilə tanış olmuşlar. Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisi də maraqla qarşılanmışdır.  "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi sərgidə isə müxtəlif dövrləri əks etdirən eksponatlar, eləcə də Molla Pənah Vaqif və Molla Vəli Vidadi muzeylərinin birgə təşkil etdikləri sərgidə xalça və misgərlik məmulatları nümayiş etdirilmişdir. Sonra idmanın sərbəst güləş, cüdo, ağırlıqqaldırma, qol güləşi, boks, karate, futbol, şahmat, voleybol idman növləri üzrə nümunəvi çıxışlar olmuşdur. Açılış mərasimi çərçivəsində qonaqlar həmçinin Heydər Əliyevin abidəsini ziyarət etmişlər. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, Azərbaycan Güləş Federasiyası və "Arkoz Qazax Sement Zavodu" MMC arasında əməkdaşlıq memorandumu imzalandıqdan sonra Qazax Ədəbiyyat Muzeyinin qarşısında idman paradı olmuşdur. 

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları, şəhid ailələrini, qaziləri, idmançıları, idmansevərləri salamlamış, əlamətdar gün münasibətilə ürək sözlərini söyləmişdir. Bildirmişdir ki, son illər Qazax bir sıra respublika yarışlarına, turnirlərə evsahibliyi etmişdir. Rayon idmançıları 2025-ci il ərzində beynəlxalq yarışlarda 15-i qızıl, 10-u gümüş, 14-ü bürünc olmaqla, 39, respublika səviyyəli yarışlarda 27-si qızıl, 14-ü gümüş, 21-i bürünc olmaqla 62  medal qazanmışlar.

Gənclər və idman naziri Fərid Qayıbov və keçən il Azərbaycanın "İdman Paytaxtı" olmuş Qəbələnin RİH başçısı Səbuhi Abdullayev çıxış edərək "Qazax İdman Paytaxtı-2026"nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasını diqqətə çatdırmışlar. Sonra "İdman Paytaxtı" layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazax rayonuna təqdim edilmişdir. Əməkdar idman ustası və Əməkdar məşqçi, respublika Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək Qazax ictimaiyyətini, idmançıları əlamətdar gün münasibətilə təbrik etmiş, qazaxlı idmançılara gələcək idman karyeralarında uğurlar arzulamışdır. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!