07 Mart 2026 08:45
163
CƏMİYYƏT
A- A+
Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir


Azərbaycan xalqının tarixində qadının xüsusi və əvəzsiz yeri olub. Qadınlarımız əsrlər boyu zəkası, müdrikliyi, sədaqəti və mərdliyi ilə seçilərək cəmiyyətimizin inkişafına böyük töhfələr veriblər. Qədim zamanlardan bu günə Azərbaycan qadını cəmiyyətimizin inkişafında, dövlətin möhkəmlənməsində və milli kimliyimizin formalaşmasında əvəzsiz xidmətlər göstərib.

Azərbaycan qadınının xarakterində xüsusi bir güc və mənəvi ucalıq var. O, hər zaman ailəsinin dayağı olub, çətin zamanlarda xalqımızın yanında dayanıb. Tarixin müxtəlif dövrlərində qadınlarımız ana və həyat yoldaşı olmaqla yanaşı, həm də qəhrəman, ziyalı, müəllim, elm adamı və dövlət xadimi kimi fəaliyyət göstəriblər. Onların hər biri xalqımızın inkişafına öz töhfəsini verib və adlarını tariximizin şərəfli səhifələrinə yazdırıblar.

Azərbaycan qadını milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin qoruyucusudur. Xalqımızın zəngin folklorunun, adət-ənənələrinin və ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsində qadınların rolu əvəzsizdir. Onlar, sadəcə, ailə ocağını qorumaqla kifayətlənməyiblər, həmçinin övladlarına vətənə sevgi, milli kimlik və yüksək mənəvi dəyərlər aşılayıblar. Məhz bu səbəbdən Azərbaycan qadını hər zaman hörmət və ehtiramla yad edilib.

XX əsr dünyada qadınların ictimai həyatda fəallığının artdığı bir dövr kimi yadda qalıb. Bu proses Azərbaycandan da yan keçməyib. Qadınlarımız həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sonrakı mərhələlərdə cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edərək ölkəmizin inkişafına öz töhfələrini veriblər. Azərbaycan qadınları bir çox ölkədən daha əvvəl seçki hüququ əldə ediblər. 1919-cu ildə qadınlara səsvermə hüququnun verilməsi Azərbaycan cəmiyyətinin demokratik düşüncəsinin və inkişaf səviyyəsinin bariz göstəricisidir. Bu, bir daha sübut edir ki, qadınlarımız tarix boyu cəmiyyətin fəal üzvü olublar. Onlar daim ölkənin ictimai-siyasi həyatında iştirak edir, dövlətin inkişafında mühüm rol oynayırlar. Azərbaycan qadınlarının elm və təhsil sahəsində irəliləyiş əldə etməsi ölkəmizin tərəqqisinə böyük təsir göstərib.

Müstəqillik dövründə Azərbaycan qadınlarının fəaliyyəti daha da genişlənib. Müasir Azərbaycan qadını həm də siyasət, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə uğurla fəaliyyət göstərir. O, həm qayğıkeş ana, həm də bacarıqlı rəhbər, ziyalı və ictimai xadim kimi cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, diplomatiyada və sahibkarlıq sahəsində mühüm mövqelər tutur.

Ölkəmizdə həyata keçirilən dövlət siyasəti də qadınların cəmiyyətdə fəal iştirakını dəstəkləyir. Müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi qadınların hüquqlarını qoruyur və onların kişilərlə bərabər imkanlara malik olmasını təmin edir. Azərbaycan Konstitusiyası kişi və qadının hüquq bərabərliyini təsbit edir və bu istiqamətdə mühüm hüquqi baza yaradır. Qanun qarşısında bərabərlik prinsipi Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində öz potensialını nümayiş etdirməsinə imkan verir.

Azərbaycan qadınının cəmiyyətdəki yüksək mövqeyi xalqımızın mental dəyərləri ilə də sıx bağlıdır. Xalqımız qadına həmişə böyük hörmətlə yanaşıb, onu ailənin və cəmiyyətin müqəddəs dayağı hesab edib. "Ana", "Vətən", "Torpaq" kimi müqəddəs anlayışların bir-biri ilə əlaqələndirilməsi də qadına verilən yüksək qiymətin göstəricisidir. Ana obrazı xalqımızın düşüncəsində müqəddəslik rəmzi kimi qəbul olunur.

Azərbaycan qadını, sadəcə, sülh və inkişaf dövrlərində yox, çətin zamanlarda da öz gücünü və iradəsini nümayiş etdirib. Xalqımızın tarixində baş verən ağır sınaqlar zamanı qadınlar böyük fədakarlıq göstərib, vətən uğrunda mübarizədə ön sıralarda dayanıblar. Onlar həm arxa cəbhədə çalışıb, həm də milli ruhun qorunmasında mühüm rol oynayıblar.

Azərbaycan qadını həm də yüksək mənəviyyatın və humanizmin daşıyıcısıdır. Onun mərhəməti, qayğıkeşliyi və fədakarlığı cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır. Qadınlar ailədə sevgi və harmoniyanın qorunmasında, övladların düzgün tərbiyəsində və sağlam cəmiyyətin formalaşmasında əsas mövqeyə sahibdirlər. 

Bu gün Azərbaycan qadını dünya miqyasında da öz bacarığını və potensialını nümayiş etdirir. Müxtəlif beynəlxalq layihələrdə, elmi konfranslarda, mədəni tədbirlərdə və diplomatik platformalarda ölkəmizi layiqincə təmsil edən qadınlarımız Azərbaycan dövlətinin və xalqının nüfuzunu daha da yüksəldirlər.

Azərbaycan qadını bütövlükdə xalqın gücüdür. Onun mərdliyi, sədaqəti və yüksək mənəvi keyfiyyətləri bütün bəşəriyyət üçün nümunədir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!