24 Dekabr 2025 08:25
390
SİYASƏT
A- A+
Milyonların sevgisini qazanan Prezident

Milyonların sevgisini qazanan Prezident


Bəşəriyyətin tarixi təcrübəsi belə bir həqiqəti təkrar-təkrar isbatlayıb və bu gün də sübuta yetirməkdədir ki, milli dövlətçiliyin sabitliyi və möhkəmliyi lider faktorundan birbaşa asılıdır. Bu baxımdan XXI əsrdə Azərbaycanın milli dövlətçilik sistemi - azərbaycançılıq ideyasını strateji xəttə çevirən, insan hüquq və azadlıqlarını təmin edən, davamlı iqtisadi yüksəlişi reallaşdıran və ictimai tərəqqini gerçəkləşdirən iki liderin - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Ulu Öndərin strateji inkişaf kursunu uğurla davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. 


Möhkəm təməl üzərində qurulan kurs


Azərbaycanın 1993-cü ildən başlayaraq, qısa müddət ərzində keçdiyi inkişaf yolu, əldə etdiyi mühüm nəticələr və həmin tarixdən sonrakı 10 il ərzində özünü doğrultmuş strateji inkişaf xəttinin gələcəkdə də davam etdirilməsi zərurəti Ümummilli Liderin xalqımıza 1 oktyabr 2003-cü il tarixli müraciətində dəqiq əsaslandırılmışdır. Dövlətçilik təcrübəsinin düzgün əxz olunması, hər hansı bir ölkənin gələcəyinə strateji baxış bacarığının formalaşması, dövlətin, cəmiyyətin inkişafının ayrı-ayrı epizodlardan deyil, bu məqamları ehtiva edən uzunmüddətli və davamlı proseslərdən, ardıcıl nailiyyətlərin yaratdığı möhtəşəm nəticələrdən təşkil olunması həqiqətinin aydın təsəvvürü üçün indiki və gələcək nəsillərin bu müraciəti hər zaman öyrənib təhlil etmələrinə ehtiyac var. 

Ümummilli Lider belə bir inamla da üzünü daim onun müdrikliyinə, dövlətçilik təfəkkürünə, Azərbaycan sevgisinə etibar etmiş xalqımıza tutaraq 15 oktyabr prezident seçkisində öz siyasi varisi, o zaman Yeni Azərbaycan Partiyası Sədrinin I müavini olan İlham Əliyevi dəstəkləməyə çağırırdı: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin böyük inam və ümidləri işığında 2003-cü ilin 15 oktyabrında xalqın yekdil dəstəyini qazanaraq Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev ölkəmizi tarixdəki bu ən yüksək mövqeyinə yüksəltməyə dövlətə rəhbərliyinin ilk ilindən, ayından, həftəsindən, gün və saatlarından da deyil, hətta ilk dəqiqələrindən başlamışdı. O, hələ andiçmə mərasimində böyük hədəflərə doğru yolu aydın nişan verərək tarixin ən qüdrətli Azərbaycanını xəyallarında yaşadan hər kəsdə bu strateji yolda birgə, çiyin-çiyinə irəliləməyə, amallarından dönməməyə, nəticələrin mütləq arzuladığımız kimi olacağına əminlik yaradırdı. 

Həmin andiçmə mərasimindəki çıxışın mətnini illər sonra tarixçi nəzəri ilə yenidən gözdən keçirdikcə, hər cümləsi üzərində düşündükcə, o kəlmələrlə müasir reallıqlar arasında paralellər apardıqca əmin olursan ki, İlham Əliyev o zaman Azərbaycan xalqı qarşısında sadəcə and içmirmiş, tarixin ən qüdrətli Azərbaycanına gətirib çıxaracaq böyük, çətin və əzab-əziyyətli, amma şərəf və qürur dolu yolun dəqiq strateji xəritəsini təqdim edirmiş. 

Prezident deyirdi ki, biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik - bu gün Azərbaycan müasir dünyamızın ən zəngin, qüdrətli dövlətləri sırasındadır və dayanıqlı inkişafı ilə öz mövqeyini getdikcə yüksəldir. 

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. 


Çoxəsrlik tariximizin suverenlik prioritetləri


Ermənistanın 2020-ci il sentyabrın 27-də başladığı növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış, nəticədə 44 gün davam edən Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi, işğal altında olan torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatmışdır. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı bu baxımdan ölkəmizin və regionumuzun müasir tarixində yeni bir dönəmin başlanğıcıdır. Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin təntənəsi olaraq milli dövlətçilik salnaməmizə qızıl hərflərlə həkk olunmuş, Ermənistanın işğalçılıq siyasəti və nasizmin ideoloji legitimləşdirilməsi üzərində qurulmuş siyasi kursu iflasa uğratmış, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsindən sonra düşmən tərəfi faktiki kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qalmışdır.

Müharibənin yekunu olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalanmış, bu sənəd Ermənistanın kapitulyasiya aktı olmaqla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinə də faktiki olaraq son qoymuşdur.

Bəyanatın şərtlərinə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycan tərəfindən əlavə itki verilmədən azad edildi. Bununla yanaşı, Zəngəzur dəhlizinin yaradılması ideyası regional əməkdaşlıq və kommunikasiya xəritəsinin dəyişməsi baxımından tarixi zərurətə çevrildi. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoydu.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri və hüquq-mühafizə orqanları üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin birləşmələrini tərk-silah edərək ərazilərdən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, habelə işğaldan azad edilmiş bölgələrə qayıdan dinc əhali, bərpa və quruculuq işlərində iştirak edən mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə antiterror əməliyyatına başladı.

Əməliyyat cəmi 23 saat davam etsə də, strateji nəticələr verdi: bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Bu əməliyyatla Azərbaycan Respublikasında separatçı fəaliyyət və "boz zona" anlayışına son qoyuldu, dövlətin suverenliyi tam şəkildə bərpa edildi.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyin təmin edilməsi və dayanıqlı sülhün bərqərar olunması məqsədilə Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsünü irəli sürdü. Prezidentin təklif etdiyi və qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən beş əsas prinsip əsasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü münaqişədən sonrakı mərhələdə fundamental siyasi çərçivə kimi qəbul olundu.


Beynəlxalq proseslərə istiqamət verən dövlət


Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib.

Ölkə Prezidenti İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərdə iştirak etməsi, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Nəticədə Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, ölkəmizin etibarlı tərəfdaş olduğunu etiraf edirlər. 

Vətən müharibəsindəki Zəfərimizin ilk rəsmi təsdiqi - 10 noyabr Bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə müyəssər olduğu "Zəngəzur dəhlizi" layihəsi Qafqaza dayanaqlı sülh və davamlı inkişaf gətirmək missiyasının son dərəcə əhəmiyyətli parçasıdır. 

ABŞ-də imzalanmış Birgə Bəyannamə ilə ən böyük məqsədlərimizdən birinə - "Zəngəzur dəhlizi"nin açılmasına, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın təmin edilməsinə nail ola bildi. 

8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzaladı və Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı. Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün tərəflər üçün qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin yaranmasına, bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə yol açan belə mühüm addımla Cənubi Qafqazda yeni strateji dövr başlandı. 

2020-ci ildə 44 günlük müharibə nəticəsində qazandığımız tarixi Zəfər, 2023-cü ildə həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin olunması, Qələbəmizin bütün dünyada qəbul edilməsi kimi bu yeni reallığın müəllifi - gücü, qətiyyəti xalqımızın sarsılmaz dəstəyindən, Vətənə, xalqa sevgisindən gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. 

Əlverişli geosiyasi şəraitdə, yeni çağırışlar və fürsətlər dövründə belə bir məqsədin reallaşdırılması, bu ideyanın gerçəyə, bölgəmizin sülh və inkişaf cənnətinə çevrilməsi Cənubi Qafqazın ən güclü Liderinin - Azərbaycan Prezidentinin üzərinə götürdüyü yeni tarixi missiyadır. 


Xalqın inam yeri


XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması, yaradıcı və innovativ cəmiyyət mühitinin, vətəndaşların sağlam həyat tərzinin təşviq olunması ilə Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiya məkanının yaradılması prioritetinə doğru irəliləyir. 

Qarabağda, Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma, doğma yurdlara dönən vətəndaşlarımızın iqtisadi fəaliyyətə reinteqrasiyası ilə işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış addım-addım təmin edilir.

Bütün bunlar İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş tarixin ən qüdrətli Azərbaycanın planetimizdəki yeni simasını, yeni mövqeyini müəyyənləşdirir və bu siması, mövqeyi ilə müstəqil Azərbaycan dövləti planetimizin mənzərəsində daha ucalarda görünür. 

İllər öncə Azərbaycan Respublikasının Prezidenti kimi ölkə vətəndaşları qarşısında and içərkən İlham Əliyevin nitqində ümid dolu bu kəlmələr də səslənmişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir".

Bunlar artıq sadəcə ümid deyil, Azərbaycan boyda bir reallıqdır və hər keçən gün xoşbəxt gələcəyinə qovuşan, inkişaf edən, güclənən Vətənimizlə bu qürur dolu reallığın əhatə dairəsi də genişlənir. 


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:49
24 Dekabr

Neftçalada aztəminatlı ailələrin övladları üçün bayram aksiyası təşkil olunub  

14:48
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!