24 Dekabr 2025 09:15
203
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Monteneqro iqtisadi əməkdaşlığı nə vəd edir

Azərbaycan-Monteneqro iqtisadi əməkdaşlığı nə vəd edir


İmkanlar çox, perspektivlər genişdir


Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlığa böyük önəm verən ölkələrdəndir. Bu əməkdaşlıq Balkan regionu dövlətlərini də əhatə edir. Həmin ölkələrdən biri də Monteneqrodur. Azərbaycan ilə Monteneqro arasında mövcud olan iqtisadi əlaqələr qarşılıqlı maraqlara əsaslanır və illər keçdikcə inkişaf etməkdədir.

İki ölkə arasında iqtisadi münasibətlər əsasən ticarət, enerji, turizm və investisiya sahələrində özünü göstərir. Azərbaycan öz enerji resursları və iqtisadi potensialı ilə Monteneqro üçün maraqlı tərəfdaş hesab olunur. Monteneqro isə coğrafi mövqeyi və turizm imkanları baxımından Azərbaycanla  əməkdaşlıq imkanlarına malikdir. Azərbaycan-Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli görüşlər mühüm rol oynayıb. Xüsusilə dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlər iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradıb. 

Prezident İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli hadisə kimi yadda qalıb.  Həmin səfər zamanı iqtisadi əməkdaşlıq, investisiya imkanları və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilmişdi. Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin davamlı xarakter daşıdığının göstəricisidir.  Bu səfər çərçivəsində enerji, iqlim dəyişikliyi və iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuş, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanmışdır. 

Qeyd edək ki, Azərbaycan və Monteneqro parlamentləri arasında da əməkdaşlıq uzunmüddətli və məhsuldardır. Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı təmasları gücləndirir, qanunvericilik sahəsində təcrübə mübadiləsinə şərait yaradırlar. Həmçinin qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və görüşlər siyasi dialoqun inkişafına, etimadın möhkəmlənməsinə və ikitərəfli münasibətlərin daha çox genişlənməsinə imkan verir. Bu baxımdan,  2024-cü ilin aprelində  Milli Məclisin Sədri Sahibə Qafarovanın Monteneqroya rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Həmin səfərin məntiqi davamı olaraq bu günlər Sahibə Qafarova  Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə  qeyd etdiyimiz qarşılıqlı səfərlərdən bəhs olunub və bunun iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Bundan başqa, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

Onu da əlavə edək ki, Azərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsi hələlik böyük həcmdə olmasa da, artım potensialına malikdir. İki ölkənin ticarət əlaqələri əsasən idxal və ixrac əməliyyatları, eləcə də biznes subyektləri arasında əməkdaşlıq vasitəsilə həyata keçirilir. Qarşılıqlı iqtisadi maraqlar ticarət münasibətlərinin genişləndirilməsi üçün imkanlar yaradır. Bu sahədə hüquqi baza və ikitərəfli razılaşmalar ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir.

Enerji sahəsi Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin perspektivli istiqamətlərindən biridir. Azərbaycan enerji resursları və bu sahədə əldə etdiyi təcrübə ilə Avropa və Balkan regionu ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Monteneqro isə enerji təhlükəsizliyi və alternativ enerji mənbələrinin inkişafı baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 

Turizm sahəsində də iki ölkə arasında əməkdaşlıq imkanları mövcuddur. Monteneqronun Adriatik dənizi sahilində yerləşməsi və təbii gözəllikləri, Azərbaycanın isə zəngin mədəni irsi və turizm infrastrukturu qarşılıqlı turist axınının artmasına şərait yarada bilər. Bu sahədə əməkdaşlıq xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Ervin İbrahimoviç səfər çərçivəsində Azərbaycanın  maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayevlə də görüşərək, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi, vergi və maliyyə tənzimləmələri, eləcə də bank və maliyyə sektorunda əməkdaşlıq imkanlarını müzakirə edib, iki ölkənin maliyyə sistemləri arasında təcrübə mübadiləsinin artırılması, investisiya təhlükəsizliyi və uzunmüddətli iqtisadi layihələrin dəstəklənməsi məsələlərinə diqqət yetiriblər. Bu danışıqlar qarşılıqlı iqtisadi maraqların gücləndirilməsinə və maliyyə sahəsində əməkdaşlığın bir qədər də dərinləşməsinə xidmət edir.

Qeyd edildiyi kimi, enerji və turizm əməkdaşlıq üçün geniş perspektivli sahələrdir. Bu fonda investisiya sahələrində hüquqi baza və ikitərəfli razılaşmalar iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. Ona görə də bu perspektivlər çərçivəsində tərəflər gələcəkdə əməkdaşlığın konkret layihələr vasitəsilə genişləndirilməsinə hazırdırlar. Bu mənada 2026-cı ilin mart ayında keçiriləcək Birgə Komissiyanın növbəti iclasında ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, "yaşıl enerji", turizm, infrastruktur, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunacaq. 

Hələliksə qarşıda bir il var. O zamana kimi Azərbaycanla  Monteneqro arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, investisiya layihələrinin reallaşdırılması istiqamətində addımların atılması gözlənilir. Proses iki ölkə arasındakı iqtisadi dialoqun dərinləşməsinə və qarşılıqlı maraqların  güclənməsinə şərait yaradacaq.

Azərbaycan və Monteneqro arasında iqtisadi və parlamentlərarası əməkdaşlıq davamlı şəkildə irəliləyir. Qarşılıqlı səfərlər, görüşlər və ikitərəfli razılaşmalar iki ölkə arasında etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir. Ticarət, enerji, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəkdə faydalı layihələrin həyata keçirilməsinə şərait yaradacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB 

18:16
24 Dekabr

Regionlarda kirayə mənzil fondunun genişləndirilməsi gündəmdədirmi?  

17:21
24 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan  

17:12
24 Dekabr

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!