24 Dekabr 2025 09:03
218
İQTİSADİYYAT
A- A+
Prezident İlham Əliyevin logistika siyasəti Azərbaycanı dünyanın mühüm tranzit ölkəsinə çevirib

Prezident İlham Əliyevin logistika siyasəti Azərbaycanı dünyanın mühüm tranzit ölkəsinə çevirib


Azərbaycanın dünyanın mühüm logistika mərkəzinə çevrilməsi üçün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uğurla davam edir. Ölkəmizdə istər Orta dəhliz, istərsə də "Şimal-Cənub" marşrutu üzrə müxtəlif layihələr icra edilir, bu layihələrə yeni tərəfdaşlar cəlb olunur. Azərbaycan təkcə coğrafi mövqeyi ilə deyil, həm də bu marşrutların səmərəliliyinin artırılması istiqamətində fəal iş aparan ölkə kimi fərqlənir.

Orta dəhlizin inkişafında icra edilən bir çox layihənin təşəbbüsçüsü də Azərbaycandır. Ölkəmiz təkcə öz ərazisində deyil, qonşu Gürcüstanın dəmir yolu infrastrukturunun inkişafında da fəal rol oynayır. Xatırlatmaq kifayət edər: ADY 2023-2024-cü illərdə dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsinin modernləşdirilməsində yardımçı olmuşdur.

Məlum olduğu kimi, Orta dəhlizin səmərəliliyində Çindən Avropaya və əks istiqamətə daşınan yüklər mühüm rol oynayır. Bu səbəbdən ölkəmizin Çinlə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi xüsusi önəm daşıyır. Məlumdur ki, Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafı məqsədilə Çinlə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd beynəlxalq dəhlizlər üzərindən yükdaşımalar üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək verilməsi, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, müştərilərə daha yüksəksəviyyəli xidmət təqdim edilməsidir. Memorandum müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin "China Railway Container Transport Corp. Ltd." (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları arasında Orta dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd." birgə müəssisəsinə qoşulmasının zəruriliyi və "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətləri özündə ehtiva edir.

Anlaşma Memorandumunun əsas hədəflərindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsinə nail olmaqdır. Qurumlar Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı-Tbilisi-Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək. Tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə də razılığa gəliblər. Bütün bunlar onu göstərir ki, Bakı-Tbilisi-Qars marşrutu Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilir. Onu da xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə 2023-2024-cü illərdə ADY tərəfindən Orta dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addım sayılır.

Məlum səbəblərdən Orta dəhlizə qlobal səviyyədə diqqət artıb. O üzdən dəhlizin inkişafına, yeni qollarının yaranmasına bir çox dövlətlərin  maraq göstərməsi təbii haldır. Səbəb də odur ki, dünya ticarətində və təchizat zəncirində baş verən qırılmalar kompensasiya edilsin. 

4 ilə yaxın davam edən Rusiya-Ukrayna müharibəsi çoxsaylı fəsadlarla bərabər, Çin-Rusiya-Avropa marşrutunun qapanmasına da səbəb olub. Savaşın sülhlə bitməsi barədə deyilənlər isə hələlik ümiddən o yana keçmir. Digər tərəfdən, dünyanın ən əhəmiyyətli Qırmızı dəniz-Süveyş kanalı marşrutunda husilərin hücumları nəticəsində ciddi fasilələr yaranıb. Əsas səbəblərdən bir başqası isə yüklərin və gəmilərin transmilli sığorta şirkətləri tərəfindən sığortalanmamasıdır. Belə bir şəraitdə Asiya ilə Avropa arasında ən etibarlı və təhlükəsiz marşrut olaraq təbii ki, Orta dəhliz qalır.

Bu marşrutla daşınan yüklərin həcminin artırılması üçün rəqəmsallaşma, vahid tarif kimi mütərəqqi üsullardan istifadə edilir. Hədəfi dəhliz üzərindən daha çox yükün daşınmasına nail olmaq olan bu işdə yükgöndərən və tranzit ölkələr də maraqlıdır. Belə yeniliklərdən biri də Çinlə Bakı arasında yeni "dəmir yolu-dəniz-dəmir yolu" marşrutunun istifadəyə verilməsidir.  

Bəs bu marşrut dəhlizin daha səmərəli olmasına hansı töhfə verəcək? Məsələ ondadır ki, Çinlə Azərbaycan arasında yük daşımalarını səmərəli edən yeni  marşrutun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı kimi rolunu bir daha ön plana çıxarır.

Hazırda beynəlxalq səviyyədə gedən ciddi geosiyasi proseslərin başlıca hədəfi yeni dünya düzəninin qurulmasıdır. Azərbaycan da istisna olmamaqla hər bir dövlət bu prosesdə yerini müəyyənləşdirmək istəyir. 

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ lideri Donald Trampla keçirdiyi görüş, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar, iki ölkənin xarici işlər nazirlərinin "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflaması ölkəmizin hansı blokda yer aldığını dünyaya nümayiş etdirdi. 

Azərbaycan torpaqları işğal altında olduğu dövrdə keçmiş "Dağlıq Qarabağ" problemini sülh və beynəlxalq hüquq çərçivəsində həll etməyə çox vaxt və səy göstərdi. 30 illik danışıqlar heç bir nəticə verməyəndə isə hər kəsə bəlli oldu ki, ATƏT-in Minsk qrupu vaxt uzatmaqla işğal faktını bizə qəbul etdirmək istəyir. Belə olan halda Azərbaycan Prezidenti İlham Əliyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, torpaqlarımızın hərbi yolla azad edilməsi barədə qərar verdi. 44 günlük müharibədə tarixi Zəfərlə və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi.

Adətən, müharibə bitdikdən sonra sülh təklifi ilə məğlub ölkə müraciət edir. Lakin bunun əvəzinə Ermənistan tərəfindən müxtəlif revanşist bəyanatlar səsləndirildi. Azərbaycan bu dəfə də bütün dünyaya bəyan etdi ki, Ermənistana sülh təklifi göndərib. Ötən 5 ildə ölkəmiz bütün siyasi-diplomatik, həmçinin müxtəlif platformalardan istifadə edərək məsələnin həllinə çalışdı. Buna baxmayaraq, sülh danışıqlarında real irəli getmək mümkün olmurdu. Buna mane olan qondarma səbəblərdən biri də Zəngəzur dəhlizi məsələsi idi. 

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılmasına imkan verəcək, eyni zamanda Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovetlər birliyi  dövründə fəaliyyət göstərmiş nəqliyyat əlaqələri bərpa ediləcək. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı Orta dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ olaraq nəzərdən keçirir və bu marşrutun inkişafını strateji prioritet kimi dəyərləndirir. Çin isə Ukrayna münaqişəsi fonunda Zəngəzur dəhlizinə TBNM-də geosiyasi riskləri azaldan, daha sabit və dayanıqlı əlavə tranzit marşrutu kimi maraq göstərir.

Artıq Ermənistanda anlayırlar ki, Rusiya ilə İranın siyasi və iqtisadi təzyiqlərindən qurtarmağın yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək Zəngəzur dəhlizinin (TRIPP) açılmasına razılıq verməkdir. Bu gün Ermənistan bazarlarında satılan məhsulların çoxu Türkiyə mənşəlidir. İki ölkə arasında birbaşa ticarət münasibətləri olmadığı üçün həmin mallar əvvəl Gürcüstana, sonra da Ermənistana gətirilir. Bu isə məhsullara iki dəfə gömrük rüsumu ödənilməsi deməkdir. Bunu anlayan Ermənistan Azərbaycanla Zəngəzur dəhlizinin açılması barədə ABŞ-də razılığa gəldilər. Bu razılıq avqustun 8-də dünyanın "birnömrəli ofisi"ndə ABŞ Prezidenti D.Trampın şahidliyi ilə əldə olundu. Prezident İlham Əliyev bununla bağlı mətbuata verdiyi bəyanatda  demişdir: "Bu, həqiqətən, tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB 

18:16
24 Dekabr

Regionlarda kirayə mənzil fondunun genişləndirilməsi gündəmdədirmi?  

17:21
24 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan  

17:12
24 Dekabr

Masallı daha 450 ağac yaşıllaşdı 

16:47
24 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

16:33
24 Dekabr

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən  

16:32
24 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

16:31
24 Dekabr

Zelenski ilk dəfə olaraq 20 maddəlik sülh planının məzmununu açıqlayıb  

16:29
24 Dekabr

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan  

16:28
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:27
24 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən 26-sı gündüzədək hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ  

16:26
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

16:09
24 Dekabr

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən  

16:08
24 Dekabr

“Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib  

15:59
24 Dekabr

Viktor Orban gələn il Avropada müharibənin başlayacağını istisna etməyib  

15:49
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNİB  

15:43
24 Dekabr

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib  

15:40
24 Dekabr

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan  

15:40
24 Dekabr

Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru Milana Seyidzadədən  

15:39
24 Dekabr

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!