24 Iyul 2024 16:54
257
SİYASƏT
A- A+

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

 

İyulun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesi barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş Prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları, gözləntiləri əks etdirən müfəssəl məktub ünvanladığını bildirib.

Prezident Administrasiyasının rəhbəri COP29 Sədrliyinin bütün dövlətlərin və digər maraqlı tərəflərin mövqeyini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusa nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Samir Nuriyev, həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlər, konfransa qatılacaq nümayəndə heyətləri və digər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da iştirakına dəstək, kommunikasiya sahəsində görülən işlərdən danışıb.

Saymon Stil Azərbaycan tərəfindən COP29-un uğurla keçirilməsi istiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə hazır olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video