20 Noyabr 2026 08:45
113
Mədəniyyət
A- A+
"Paylaşın ki, çox adam xəbərdar olsun…"

"Paylaşın ki, çox adam xəbərdar olsun…"


İnsanın ruh halı həmişə eyni olmur. Fərəh, sevinc, qəm, kədər kimi hisslər ilin dörd fəsli kimi adamı sanki təqib edir. Amma nədənsə fərəh, sevinc etibarsızdır. Yəni səninlə çox qalmaq arzusu onun cismində qətiyyən yoxdur. Gəlir, səninlə dəqiqə, saat, ən çoxu bir gün keçirir və uçub gedir. Gedişi sürətli olduğu üçün "uçur" sözünü işlədirəm. Qəribədir ki, onun gəlişini gözləyirsən, intizarında olursan, amma o, bu istəyin qarşısında hətta sənə laqeydlik də edə bilir. Gəldim nə xoş, indisə… Hətta hələlik belə söyləmir. Onun tərsi olan kədər isə uça-uça gəlir, sürünə-sürünə, səninlə sanki canbir qəlb kimi ayrılmaq istəməyərək gedir. Özü də ayrılanda "yenə gələcəyəm" söyləməyi unutmur. Görəsən, onu qayıdacağına bu qədər əmin edən nədir? Dünyamızın, daha doğrusu, insanların vəfasızlığımı, dərdə şərik olanların azlığımı, yoxsa … 

Dərd-kədər içində olana təskinlik vermək kimi bir qayda, adət olub. "Dərdinizə şərikəm" sözü elə bu adətdən yaranıb. Amma indi kədər birini üzürsə, başqası üçün az qala gəlir mənbəyinə çevrilir. Sosial platformada izləyici ovuna çıxanlar belə ağır yükü göydə qapırlar. Nəinki təskinlik verməyə çalışırlar, əksinə, odun üstünə yağ tökürlər ki, daha artıq alovlansın. Hətta "müdriklik" libasına bürünüb məsləhətlər də verməyə çalışırlar, gərək belə etməyəydiniz və s. Bu ya vəlvələdən, ya da zəlzələdən baş verib. Axı niyə insanın kədəri ilə oynayırsınız?!

Fenomen başqalarına davranışları, baxışları ilə təsir gücünə malik insanlara deyilsə də, artıq bu söz öz əvvəlki mənasını itirib. Dərdimiz, kədərimiz, adət-ənənəmiz, baxışlarımız bu dırnaqarası insanların əlində gəlir mənbəyinə çevrilib. Odur ki, kədəriniz sizi nə qədər incitsə də, onu çoxlarına söyləməyin, yəni onu ictimailəşdirməyə çalışmayın. Çünki ona şərik olanlar az, özləri üçün reytinq toplayanlar çox olacaq. Artıq bəzilərində acıma hissi yoxa çıxıb, onun yerini hərislik tutub. Bir qisim insanlarda özgəsinin kədərində sevinc axtarmaq, gəlir götürmək həvəsinə çevrilib. "Paylaşın ki, çox adam xəbərdar olsun" cümləsi yaranandan insanlığa məxsus ülvi hisslər göyə qalxıb, yox olub! Çünki həmin cümlə əsassız şayiələrə, şərə, böhtana, başqasının kədərindən mənfəət götürməyə xidmət edir.


Rəfiqə SADIQOVA,

yazıçı-jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

"Paylaşın ki, çox adam xəbərdar olsun…"

08:45
20 Noyabr

İtkin talelər, cavabsız suallar

08:40
20 Noyabr

Ağdamın dirçəlişi: dağıntılardan quruculuğa, həsrətdən qayıdışa

08:35
20 Noyabr

Uşaq hüquqlarının təmini: müasir çağırışlar və Ombudsmanın rolu

08:30
20 Noyabr

Şərəfli alim və ziyalı ömrü

08:25
20 Noyabr

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

08:20
20 Noyabr

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

08:15
20 Noyabr

Milli iradənin və dövlətçilik ənənələrinin daşıyıcısı

08:10
20 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya, yaxın münasibət

08:05
20 Noyabr

Ədalətin Zəfər təntənəsi

08:00
20 Noyabr

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

22:48
19 Noyabr

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir  

22:29
19 Noyabr

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

21:23
19 Noyabr

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb  - VİDEO

21:15
19 Noyabr

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib  

20:31
19 Noyabr

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

19:58
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!