10 Yanvar 2025 09:50
117
SİYASƏT
A- A+
Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır

Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır


Ermənistanın baş naziri Qərbi Azərbaycan məsələsindən yayınmağa çalışır


İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən prinsiplərinə əsaslanmaqla Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın "fəaliyyəti" onun sülhdən yayındığını açıq-aydın göstərir. Bir sözlə, İrəvan ona verilən şansları belə dəyərləndirə bilmir.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini açıqlayıb. Məğlub ölkənin baş naziri bu barədə sosial media hesabında paylaşım edib. Digər təkliflər arasında silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, döyüşkən ritorikadan imtina və sülh müqaviləsinin imzalanması ilə "Dünyanın kəsişməsi" layihəsinin həyata keçirilməsi daxildir.

Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanın iki hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri (və əksinə) və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır. 

Göründüyü kimi, Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır, əksinə uzaqlaşdırır.  Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı "tövsiyə" edir. Eyni zamanda Qərbi Azərbaycan dedikdə, Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir. Halbuki tarixi "Qərbi Azərbaycan" anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycan Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Çünki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və onları qovmaq üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.

Digər tərəfdən, Paşinyan siyasi-informativ manipulyasiya ilə guya qonşu ölkələrin ərazisinə iddia etmədiklərini bildirsə də, Ermənistan sürətlə silahlanır və Azərbaycanla sərhəddə bunkerlər, tunellər inşa edir. O cümlədən, Ermənistanın müdafiə naziri Suren Papikyan 2014-cü ildə Qarabağ, Naxçıvan (Azərbaycan), "Qərbi Ermənistan" (Türkiyə) və Cavaxetiya (Gürcüstan) ərazilərinə iddia edən "bayraqlar simvolikası" paylaşımını öz sosial şəbəkə hesabında hələ də saxlamaqdadır. Qonşu ölkələrin ərazisinə iddia edən bir şəxsin Ermənistanda müdafiə naziri vəzifəsini tutması isə Paşinyanın hazırkı açıqlamalarının "özünüqoruma instikti" olduğunu sübut edir.

Bütün bunlar göstərir ki, Ermənistan son dərəcə təhlükəli oyuna qoşulub. Bu oyun həm ermənilərin özü, həm də onların dövlətçiliyi üçün yaxşı heç nə vəd etmir. Ermənistan Fransa qaydaları ilə oynamağa nə qədər çox davam etsə, Qərbi Azərbaycan mövzusu da aktuallaşar. Ermənistanın Azərbaycan ərazilərinə davam edən iddialarını nəzərə alaraq, rəsmi Bakı asimmetrik tədbirlər görmək barədə düşünməli olacaq.

Sülh müqaviləsinin imzalanmasını hər vəchlə pozmağa və uzatmağa çalışan Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə, bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Bütövlükdə proseslərin gedişi İrəvanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Lenovo” innovativ noutbukunu təqdim edib

14:41
10 Yanvar

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb

14:40
10 Yanvar

Əfqanıstan hökuməti Qərb ölkələrindən təzminat tələb edib

14:39
10 Yanvar

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

14:37
10 Yanvar

Belçikalıların Kralı Filipdən

14:34
10 Yanvar

Ötən il 48,2 min şəxsə əlillik təyin edilib

14:32
10 Yanvar

Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

14:31
10 Yanvar

SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

14:16
10 Yanvar

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

14:16
10 Yanvar

Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  

14:05
10 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:51
10 Yanvar

Dövlət Sərhəd Xidmətində ötən ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib  

13:33
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

13:21
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

13:10
10 Yanvar

Tramp Putinlə görüşə hazırlıq görüldüyünü bildirib

12:59
10 Yanvar

TDT-nin Baş katibi “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb  

12:53
10 Yanvar

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb  

12:35
10 Yanvar

“Samsung” üç ekranlı smartfon üzərində çalışır

12:33
10 Yanvar

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

11:36
10 Yanvar

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

11:34
10 Yanvar

2024-cü il qlobal miqyasda ən isti il olub

11:33
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!