10 Yanvar 2025 09:00
126
SİYASƏT
A- A+
COP29-un uğurlu nəticələri ona qarşı kampaniya aparanlara tutarlı cavab oldu

COP29-un uğurlu nəticələri ona qarşı kampaniya aparanlara tutarlı cavab oldu


İlham ƏLİYEV: "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir"


Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasının (COP29) nəticələri bir daha sübut etdi ki, ölkəmiz qlobal tədbirlərə  ən yüksək səviyyədə evsahibliyi etməyə qadirdir. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev COP29 başa çatandan iki gün sonra özünün sosial şəbəkə hesablarında "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" sərlövhəsi ilə etdiyi paylaşımında Bakının evsahibliyi etdiyi bu qlobal iqlim tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi vurğulamışdı. Bu gün iki aya yaxın zaman bizi COP29-dan ayırır. Lakin hələ də bu global tədbirin əks-sədası dünyada səslənir, haqqında müsbət fikirlər söylənilir, qəbul olunan qərarlar müzakirə olunur. Qlobal tədbirdə Azərbaycan "Yaşıl dünya naminə həmrəylik" şüarı altında tərəfsiz vasitəçi kimi çıxış etmiş və ədalətli moderatorluq nümunəsi sərgiləyərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratmışdır. 

Bir çoxu ölkəmizin  COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdı.  Halbuki Azərbaycan tədbirə hazırlaşdığı aylarda da, COP29-un keçirildiyi iki həftə müddətində də kiçik ada dövlətlərinin və zəif inkişaf etmiş ölkələrin ehtiyaclarını nəzərə alaraq çağırışlar etməkdən çəkinməmişdi. Təəssüf ki, bəzi ölkələr iqlim dəyişikliyi ilə mübarizədə bu cür imkansız dövlətlərə kömək etmək baxımından onlara lazımınca diqqət ayırmağa nə həvəs göstərdilər, nə də maraqlandılar. Amma COP29-a evsahibliyi edən Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini kiçik ada dövlətlərinin iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlər üzərində cəmləşdirmək üçün lazım olan bütün addımları atdı. Azərbaycanın bu fəaliyyəti dünyada, o cümlədən kiçik ada ölkələrində indiyəcən təqdir olunur, alqışlanır. Məhz ölkəmizin təşəbbüsləri ilə kiçik ada dövlətlərinin  iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlərin xeyli hissəsi COP29-da həll olundu. 

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə yenidən toxundu: "Biz disbalansı görürük - iqlim dəyişikliyi nəticəsində bəzi ölkələrin mövcudluğu təhlükə altındadır. Emissiya baxımından onların payı 0,1 faizdir. Lakin onların, xüsusilə də kiçik ada dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır".  

Qeyd edək ki, 190-dan çox ölkə COP29-da müzakirələrə qoşulmuşdu. Nəticədə 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yetərincə yüksək qiymətləndirildi. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı  və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Halbuki inkişaf etmiş ölkələr üzərlərinə böyük iqlim öhdəliyi götürmək istəmirdilər, onlar əvvəlki öhdəliyin qüvvədə qalmasının tərəfdarı idilər. Amma diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticəsini verdi. Sözsüz ki, burada Azərbaycan dövlətinin və onun lideri İlham Əliyevin nüfuzu, siyasi məharəti  və qətiyyəti böyük rol oynadı.  

ABŞ, Fransa, Niderland və digər ölkələrin maliyyə öhdəliklərindən qaçma cəhdləri uğursuzluqla nəticələndi. Baxmayaraq ki, Avropa İttifaqı ölkələri dünyada bütün nəqliyyat emissiyalarının 76 faizini atmosferə buraxır, onlar məsuliyyətdən yaxa qurtarmaq üçün Azərbaycanın çağırışlarını və tələblərini eşitmək istəmirdilər, ölkəmizə qarşı ədalətsiz kampaniya həyata keçirirdilər. Böyük dövlətlərin qlobal  iqlim məsuliyyətindən qaçmalarının bir səbəbi də Azərbaycana qarşı qərəzli  münasibətləri idi. Ona görə də  hər cür problem yaratmaqdan çəkinmədilər, hətta baykot cəhdinə də əl atdılar.  Prezident  telejurnalistlərə verdiyi müsahibəsində  bu hərəkətləri belə izah etmişdir: "Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Baykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi". 

Məlumdur ki, COP30 Braziliyada keçiriləcək. Bakıda əldə olunan təcrübədən Braziliyada istifadə olunacaq. COP29 ərəfəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə yaradılan üçlük -Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və  Braziliya qlobal tədbirin keçirilməsi üçün birgə fəaliyyət göstərmişlər. Həmin üçlük mexanizmi bundan sonrakı COP tədbirlərində də istifadə olunacaq qədər faydalı idi. Prezident İlham Əliyev müsahibəsində buna belə qiymət vermişdir: "Bu, bir sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq. Mən COP28 BƏƏ konsensusunu nəzərdə tuturam. Biz onların təcrübəsindən istifadə etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın əldə etdiyi uğura uğur əlavə olunacaq". Dövlət başçısı COP29-la bağlı fikirlərinə bunu da əlavə edərək demişdir: "Azərbaycan  üçün daha bir mühüm amil o idi ki, indiyə kimi regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, təbii ki, Azərbaycanın təqdimatı idi".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

15:14
10 Yanvar

Avropa çempionatı: Xorvatiya-Azərbaycan oyununun hakimləri açıqlanıb

14:57
10 Yanvar

“Lenovo” innovativ noutbukunu təqdim edib

14:41
10 Yanvar

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 3 milyard dolları ötüb

14:40
10 Yanvar

Əfqanıstan hökuməti Qərb ölkələrindən təzminat tələb edib

14:39
10 Yanvar

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

14:37
10 Yanvar

Belçikalıların Kralı Filipdən

14:34
10 Yanvar

Ötən il 48,2 min şəxsə əlillik təyin edilib

14:32
10 Yanvar

Azərbaycanlı şagirdlər ABŞ-da Beynəlxalq Olimpiadada uğur qazanıb 

14:31
10 Yanvar

SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

14:16
10 Yanvar

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

14:16
10 Yanvar

Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  

14:05
10 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:51
10 Yanvar

Dövlət Sərhəd Xidmətində ötən ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib  

13:33
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

13:21
10 Yanvar

S.R.Şərifovun Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

13:10
10 Yanvar

Tramp Putinlə görüşə hazırlıq görüldüyünü bildirib

12:59
10 Yanvar

TDT-nin Baş katibi “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb  

12:53
10 Yanvar

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb  

12:35
10 Yanvar

“Samsung” üç ekranlı smartfon üzərində çalışır

12:33
10 Yanvar

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

11:36
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!