10 Yanvar 2025 14:05
486
SİYASƏT
A- A+
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  

Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək  


Təşkilat həm də uzunmüddətli təhlükəsizliyin qorunmasını hədəfləyir


Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə yüksəlir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatların üzvüdür və bu proses davam edir. Ötən ilin sonu, yəni dekabrın 19-da Azərbaycan daha bir nüfuzlu təşkilat olan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. 

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8-ə üzvlüyünü də dəyərləndirdi. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı “Azərbaycan” qəzetinə açıqlamasında Prezident İlham Əliyevin Azərbaycanın D-8-ə üzvlüyü ilə bağlı fikirlərini şərh edib. 

Ekspert bildirib ki, Azərbaycanın D-8 kimi beynəlxalq iqtisadi əməkdaşlıq təşkilatına üzv olması ölkəmizin dünya miqyasında artan nüfuzunun və ona göstərilən yüksək etimadın bariz nümunəsidir. Bu üzvlük Azərbaycanın yalnız regional deyil, həm də qlobal səviyyədə strateji mövqeyini möhkəmləndirir. D-8 üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ümumi daxili məhsul (ÜDM) ilə qlobal iqtisadiyyata mühüm töhfə verən bir təşkilatdır. “Həmçinin 130 milyard dollar həcmində ticarət dövriyyəsinə malik bu təşkilat üzv dövlətləri ilə geniş iqtisadi əlaqələrin mövcudluğunu nümayiş etdirir. Təşkilatın nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olmaqla, böyük iqtisadi potensialı ilə diqqət çəkir. D-8-ə üzv olan dövlətlərin ümumi əhalisi dünya müsəlmanlarının 60 faizini təşkil edir ki, bu da təşkilatın İslam dünyası üçün təkcə iqtisadi deyil, həm də mədəni və siyasi əhəmiyyətini artırır. Belə bir platformada Azərbaycanın yer alması, ölkəmizin regionda və dünyada İslam həmrəyliyinə verdiyi töhfəsini artırmaqla yanaşı, həm də qlobal iqtisadi siyasətə təsir imkanlarını genişləndirir”, - deyə ekseprt əlavə edib.

L.Zeynallı  qeyd edib ki, Azərbaycanın bu təşkilata qoşulması təkcə ölkənin iqtisadi yüksəlişi üçün deyil, həm də İslam ölkələrinin iqtisadi əməkdaşlığını daha da möhkəmləndirmək və onların qarşılıqlı faydalı əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Bu, Azərbaycanı həm də müsəlman dünyasında öz nüfuzunu daha da artıran, beynəlxalq aləmdə tanınan bir dövlət olaraq göstərir. Bu üzvlük Azərbaycan üçün yeni iqtisadi imkanlar və əlaqələr açmaqla yanaşı, həm də beynəlxalq siyasətdə daha güclü mövqe tutmasına zəmin yaradır. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, İslam mədəniyyətinin, dini irsinin və sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanınan Azərbaycanın bu təşkilata qoşulması İslam həmrəyliyinin möhkəmləndirilməsinə və bu dəyərlərin qlobal miqyasda təşviqinə mühüm töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın D-8 üzvlüyü, islamofobiyaya qarşı mübarizədə daha güclü mövqelər formalaşdıraraq İslam dünyasının qlobal problemlərinə dair birgə həll yollarının axtarışını dəstəkləyəcək. 

Ekspert bildirib ki, bu əməkdaşlıq platforması regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasında mühüm rol oynayır: “D-8 üzv ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlıq əsasında qurulmuş bir təşkilat olaraq, iqtisadi və siyasi sabitliyin artırılmasına və regionda münaqişələrin qarşısının alınmasına xidmət edir. Azərbaycanın bu platformaya üzv olması yalnız ölkənin öz daxili təhlükəsizliyinə deyil, həm də regional və qlobal səviyyədə sabitliyin təmin edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu əməkdaşlıq üzv dövlətlər arasında birgə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və transsərhəd problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsini təmin edir. Beləliklə, D-8 yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regionda uzunmüddətli təhlükəsizliyin qorunmasını hədəfləyir. İqtisadi-ticarət əlaqələrinin inkişafı bu əməkdaşlığın ən vacib aspektlərindən biridir”. 

L.Zeynallı  vurğulayıb ki, D-8 iqtisadi inteqrasiyaya yönəlmiş platforma olaraq üzv dövlətlər arasında əlaqələri möhkəmləndirir və sərbəst ticarət zonalarının yaradılması üçün zəmin formalaşdırır. Bu, ölkələr arasında iqtisadi artımı dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq modelinin tətbiqinə imkan verir. Azərbaycan öz iqtisadi potensialını bu əməkdaşlıq platformasında daha geniş miqyasda tətbiq etməklə, həm daxili bazarını daha da genişləndirir, həm də beynəlxalq ticarət və investisiya imkanlarını artırır. Nəqliyyat və kommunikasiya sahələrində əlaqələrin inkişafı da strateji əhəmiyyətə malikdir. D-8 çərçivəsində üzv ölkələr arasında nəqliyyat infrastrukturu layihələri və ticarət marşrutlarının optimallaşdırılması, xüsusilə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyini gücləndirir. Bu, ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, regional iqtisadiyyatın inteqrasiyasına və logistik mübadiləyə də müsbət təsir göstərir. “Əlavə olaraq, kommunikasiya sahəsindəki əməkdaşlıq informasiya texnologiyaları, rəqəmsal inkişaf və innovasiyalar üzrə yeni imkanlar yaradaraq üzv dövlətlərin iqtisadiyyatlarını modernləşdirir. Bu təşəbbüsün vacib aspektlərindən biri də enerji və resursların idarə edilməsi sahəsindəki əməkdaşlığa yönəlir. D-8 ölkələri bərpa olunan enerji və təbii resursların istifadəsi sahəsində birgə layihələr həyata keçirərək ekoloji və iqtisadi davamlılığı təşviq edirlər. Bu, xüsusilə Azərbaycanın enerji sektoru üçün yeni işbirliyi imkanları açır, ölkənin enerji resurslarını daha səmərəli və davamlı şəkildə idarə etməsinə şərait yaradır. Bütün bu sahələrdəki əməkdaşlıq D-8-ə üzv ölkələrin birgə inkişafı və qarşılıqlı faydalı əlaqələrinin qurulması üçün əhəmiyyətlidir. Bu, həm də beynəlxalq miqyasda daha güclü iqtisadi birlik və siyasi stabillik formalaşdırır, ölkələr arasında uzunmüddətli əlaqələrin inkişafına təkan verir”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, Azərbaycanın D-8-ə qoşulması, Qafqaz regionunun geosiyasi və iqtisadi dinamikasına da əhəmiyyətli təsir göstərəcək. Bu addım yeni imkanların açılmasına, həmçinin xarici investisiyaların ölkəmizə cəlb olunmasına zəmin yarada bilər. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki birləşdirici rolunu nəzərə alaraq, D-8-ə üzv olması yalnız ölkəmizin beynəlxalq uğurlarını artırmaqla kifayətlənməyəcək, eyni zamanda, təşkilatın imkanlarını da genişləndirəcək. Bu əməkdaşlıq Azərbaycanın regionda daha güclü mövqe tutmasına və dünya iqtisadiyyatında öz rolunu daha da möhkəmləndirməsinə kömək edəcək. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq” fikirləri ölkəmizin qarşısında yeni imkanlar açıldığını və bu fürsətləri qiymətləndirərək strateji qərarlar almağın vacibliyini vurğulayır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

13:17
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

12:05
08 Noyabr

Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilib  

11:56
08 Noyabr

Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur  

11:55
08 Noyabr

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

11:52
08 Noyabr

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

11:36
08 Noyabr

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!