31 Avqust 2026 19:36
118
SİYASƏT
A- A+
Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  


Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində bütün üzv ölkələrlə diplomatik və iqtisadi əlaqələrini genişləndirmək üçün səylə çalışan fəal dialoq tərəfdaşı kimi çıxış edir.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Pakistanın Bilik və İctimai Siyasət Mərkəzinin president, ekspert Mehmud Ul Hasan Xan deyib.

O, Prezident İlham Əliyevin mütəmadi olaraq ŞƏT-in illik Zirvə görüşlərində fəal iştirakının və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq bəyanatının imzalanmasının əhəmiyyətini vurğulayıb:“Pekində imzalanan hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat Azərbaycan-Çin münasibətlərində yeni mərhələni açmaqla yanaşı, ŞƏT ilə əməkdaşlığı da gücləndirir. Beləliklə, Bakı ŞƏT-ə üzv ölkələrlə daha da inteqrasiya və əməkdaşlığın səmərəliliyinin artırılması üçün düzgün istiqamətdə irəliləyir”.

Azərbaycanın özünəməxsus coğrafi mövqeyindən istifadə edərək, Çin və Avropa arasında ticarət əlaqələrini birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini təşviq etdiyini, bunun da gələcəkdə ŞƏT üçün də faydalı olacağını bildirən Mehmud Ul Hasan Xan deyib:”Müqayisəli tədqiqatlar təsdiqləyir ki, Azərbaycan ŞƏT ölkələri ilə davamlı enerji təhlükəsizliyi, yaşıl texnologiya və ənənəvi qazıntı yanacaq təchizatı və bazarları üzrə əməkdaşlıq edir. Açığı, təşkilat ölkələrə qazıntı yanacaq ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif güclü tərəflərindən istifadə etməyə imkan verir və bu da çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli mühit yaradır. Bu keçid Azərbaycanın ŞƏT-ə daxil olmasından sonra daha da şaxələndiriləcək, yetkinləşəcək, inkişaf etdiriləcək və genişləndiriləcək. Şübhəsiz ki, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə "yaşıl enerji" layihələri, o cümlədən Çin, Qazaxıstan və Özbəkistanla birgə təşəbbüslər üzv ölkələr, regional ölkələr və digər ölkələr üçün əlavə dəyər yaradacaq”.

Azərbaycanın nəqliyyat-logistika potensialının ŞƏT üçün faydalarına toxunan pakistanlı ekspert bildirib ki, Bakı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələrin ŞƏT çərçivəsində əməkdaşlıq səylərinə inteqrasiyasında maraqlıdır. “Təhlillər göstərir ki, Azərbaycanın ŞƏT üzvləri ilə əməkdaşlığı onun təşkilatda fəal iştirakını, eləcə də qarşılıqlı dialoq aparmasını daha da artıracaq. Azərbaycan hökuməti təhlükəsizlik məsələləri və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi mühüm infrastruktur layihələri üzrə ŞƏT ilə işləməyə sadiqliyini göstərib. Nəhayət, Azərbaycanın ŞƏT-ə potensial üzvlüyü regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi, ticarət və investisiya, enerji, telekommunikasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq, eləcə də kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət və s. kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq", - deyə Mehmud Ul Hasan Xan vurğulayıb.

Ekspert diqqətə çatdırıb ki, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın investisiyaları hesabına inşa edilib və ŞƏT-in regional bağlantılarının daha da inkişafı üçün böyük rol oynayır. Bundan əlavə, Azərbaycan Çinin “Kəmər və Yol” təşəbbüsü, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz çərçivəsində artan ticarət və tranzit yükdaşımalarında unikal rola malikdir və onun ŞƏT-ə daxil olması bütün ölkələr üçün nəhəng bir addım olardı. Azərbaycan əsas tranzit mərkəzidir və ŞƏT-ə üzv dövlətlər üçün Azərbaycanla əməkdaşlığı genişləndirmək vacibdir. Ölkə müasir avtomobil yolları, liman infrastrukturunun genişləndirilməsi və dəmir yolu xətlərinin, o cümlədən Bakı-Tbilisi-Qars marşrutunun modernləşdirilməsi daxil olmaqla keyfiyyətli infrastruktur inkişafı layihələrinə milyardlarla dollar sərmayə qoyur. Azərbaycan, həmçinin müstəqil şəkildə Orta Dəhlizə yeni dəyər qatan perspektivli Zəngəzur dəhlizini yaradır. Azərbaycan ŞƏT-ə daxil olandan sonra qurum sözügedən dəhlizin tikintisinə dəstək ola bilər. Nəticə etibarilə, Azərbaycanın ŞƏT-in iqtisadiyyatındakı, nəqliyyat-logistika bağlantısındakı və fəaliyyətinin genişləndirilməsindəki rolu əhəmiyyətli olacaq, konteyner blok qatarlarının tranzitində vaxtı xeyli azaldacaq.

Mehmud Ul Hasan Xan Azərbaycanın ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, qlobal daşımalarda maneələrin də Azərbaycanın ŞƏT-ə daxil edilməsindən sonra azalacağını deyib:”Nəhayət, Azərbaycan terrorizm, separatizm və ekstremizmlə mübarizə aparmaq üçün ŞƏT çərçivəsində birgə regional səyləri dəstəkləyir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNİB

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!