31 Avqust 2026 19:08
128
SİYASƏT
A- A+
Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 


Azərbaycan-ŞƏT əməkdaşlığını dəyərləndirərkən əsas diqqəti yalnız təşkilatın genişlənən coğrafiyasına və böyük iqtisadi potensialına deyil, bu məkanın Azərbaycan üçün yaratdığı strateji imkanlara yönəltmək lazımdır. Eyni zamanda, Azərbaycanın ŞƏT məkanı üçün hansı əlavə imkanlar yaratdığı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Məncə, bu əməkdaşlığın əsas fərqləndirici cəhəti məhz qarşılıqlı bağlantı potensialıdır. ŞƏT hazırda dünyanın ən böyük iqtisadi, demoqrafik və enerji mərkəzlərinin əhəmiyyətli hissəsini özündə birləşdirir. Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya dövlətlərinin təşkilat çərçivəsində bir araya gəlməsi bu platformanı böyük iqtisadi potensiala malik məkana çevirir. Lakin həmin potensialın tam reallaşması yalnız bazarların və resursların mövcudluğu ilə bağlı deyil. Bu bazarları bir-birinə və dünya iqtisadiyyatının digər mərkəzlərinə bağlayan etibarlı nəqliyyat, logistika və enerji marşrutlarının mövcudluğu da həlledici əhəmiyyət daşıyır. Azərbaycanın strateji üstünlüyü məhz burada ortaya çıxır. Ölkəmiz ŞƏT məkanının böyük hissəsini təşkil edən Mərkəzi Asiya və Çin istiqamətindən Xəzər vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və Avropa bazarlarına çıxış üçün mühüm bağlantı nöqtəsidir. Buna görə Azərbaycanın ŞƏT məkanındakı rolunu yalnız “tərəfdaş ölkə” anlayışı ilə məhdudlaşdırmaq düzgün olmaz. Azərbaycan getdikcə daha çox Avrasiyanın müxtəlif iqtisadi və nəqliyyat məkanlarını birləşdirən tərəfdaş kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Onun fikrincə, bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiya və Çin mənşəli yüklərin Xəzər üzərindən Azərbaycan ərazisinə daxil olaraq Avropa istiqamətində hərəkət etməsi ölkəmizin tranzit əhəmiyyətini artırır. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu bu bağlantının fiziki əsaslarını formalaşdırır. Gələcəkdə Zəngəzur dəhlizinin regional nəqliyyat sisteminə inteqrasiyası da Azərbaycanın Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirə bilər.

Azərbaycanın məqsədi nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır

“Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan yalnız tranzit imkanları təqdim etmir. Ölkəmizin məqsədi nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Yəni yükün Azərbaycan ərazisindən sadəcə keçməsi deyil, logistika, anbar, emal, sənaye, xidmət və investisiya zəncirlərinin də bu marşrutlara bağlanması strateji baxımdan daha böyük əhəmiyyət kəsb edir. Bu yanaşma Azərbaycanın nəqliyyat coğrafiyasını real iqtisadi üstünlüyə çevirməsinə imkan verə bilər. Eyni yanaşmanı enerji sahəsinə də tətbiq etmək mümkündür. Azərbaycan böyük enerji istehsalçısı olmaqla yanaşı, enerji resurslarının müxtəlif istiqamətlərə çatdırılması üçün mühüm infrastruktur formalaşdırıb. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji istehsal edən məkanlarla istehlak bazarları arasında bağlantı yaradan ölkə kimi rolunu nümayiş etdirir. Bu baxımdan Azərbaycanın enerji sahəsindəki təcrübəsi ŞƏT məkanında enerji təhlükəsizliyi və marşrutların şaxələndirilməsi ilə bağlı əməkdaşlıq üçün də əhəmiyyətli perspektivlər yaradır.

Hesab edirəm ki, Azərbaycan-ŞƏT əməkdaşlığının növbəti mərhələsində əsas məsələ ticarət dövriyyəsinin sadəcə artırılması deyil, daha geniş iqtisadi zəncirlərin formalaşdırılması olmalıdır. Buraya birgə investisiya layihələri, sənaye kooperasiyası, logistika mərkəzləri, rəqəmsal ticarət, nəqliyyat xidmətləri, kənd təsərrüfatı, enerji və qeyri-neft sektorunda əməkdaşlıq daxildir. ŞƏT ölkələrinin böyük bazarları Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi üçün ciddi potensial yaradır”, - deyə M.Məmmədli bildirib.

Deputatın sözlərinə görə, burada Azərbaycanın çoxvektorlu xarici siyasəti də mühüm üstünlükdür. Azərbaycan, eyni zamanda, Mərkəzi Asiya, Çin, Rusiya, İran, Türkiyə və Avropa ilə əməkdaşlıq edə bilir. Bu, ölkəmizə müxtəlif iqtisadi və siyasi məkanlar arasında qarşılıqlı əlaqəni gücləndirmək imkanı verir. Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində topladığı təcrübə də bu proses üçün əlavə siyasi kapital formalaşdırır. Cənubi Qafqazda sülh gündəliyinin möhkəmlənməsi isə bütün bu imkanların praktiki baxımdan reallaşdırılması üçün əlverişli şərait yarada bilər. Davamlı sülh və sabitlik nəqliyyat marşrutlarının təhlükəsizliyini artırır, yeni investisiyaların cəlb olunmasına imkan verir və regional iqtisadi inteqrasiyanı sürətləndirir. Bu baxımdan Zəngəzur dəhlizi də yalnız Azərbaycan-Türkiyə bağlantısı kimi deyil, daha geniş Avrasiya nəqliyyat sisteminin elementlərindən biri kimi qiymətləndirilməlidir.

“Azərbaycanın ŞƏT məkanındakı əsas üstünlüyü onun iqtisadi miqyasında deyil, müxtəlif iqtisadi və geosiyasi məkanları birləşdirə bilən mövqeyindədir. ŞƏT Azərbaycana böyük bazarlara, investisiya və əməkdaşlıq imkanlarına çıxış verir. Azərbaycan isə öz növbəsində ŞƏT məkanına Xəzər üzərindən Avropa və digər Qərb bazarlarına çıxış üçün əlavə bağlantı imkanları təqdim edir. Bu mənada Azərbaycan-ŞƏT əməkdaşlığının gələcəyini ən yaxşı ifadə edən anlayış “strateji bağlantı”dır”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNİB

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!