31 Avqust 2026 18:20
140
SİYASƏT
A- A+
ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir


Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərə məhz bu prizmadan yanaşmaq daha doğru görünür.

ŞƏT-in əhəmiyyəti onun təkcə üzv ölkələrinin sayında və iqtisadi potensialında deyil. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının kəsişdiyi platformadır. Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərinin eyni formatda təmsil olunması bu qurumu qlobal proseslərin mühüm müzakirə məkanlarından birinə çevirir. Azərbaycanın isə bu platformada dialoq tərəfdaşı kimi iştirakı ölkəmizə həmin proseslərin içərisində öz gündəliyini irəli sürmək imkanı verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

Onun sözlərinə görə, burada Azərbaycanın əsas üstünlüyü ŞƏT ölkələrinin böyük iqtisadiyyatları ilə rəqabət aparmaq deyil. Əksinə ölkəmizin üstünlüyü həmin iqtisadiyyatların bir-biri ilə və digər bazarlarla əlaqələndirilməsindədir. Başqa sözlə, Azərbaycan üçün ŞƏT yalnız yeni bir siyasi platforma deyil, həm də ölkənin tranzit və logistika imkanlarının daha geniş coğrafiyaya çıxarılması üçün əlavə mexanizmdir. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Qlobal ticarətdə təchizat zəncirlərinin şaxələndirilməsi, alternativ marşrutlara ehtiyacın artması və Asiya ilə Avropa arasında yükdaşımaların təhlükəsizliyinin ön plana çıxması Azərbaycanın coğrafi mövqeyinə yeni dəyər qazandırır. Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən xətt yalnız iqtisadi layihə deyil, Azərbaycanın geosiyasi çəkisini artıran amildir.

“Digər mühüm istiqamət Mərkəzi Asiyadır. Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız diplomatik təmaslarla məhdudlaşmır, nəqliyyat, enerji, investisiya, ticarət və humanitar sahələrdə yeni əməkdaşlıq formatları meydana çıxır. Bu proses Azərbaycanı Xəzərin qərb sahilində yerləşən tranzit ölkədən daha geniş regional əməkdaşlıq şəbəkəsinin iştirakçısına çevirir.

Burada bir məqam xüsusilə diqqət çəkir: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında özünü yalnız marşrut kimi deyil, tərəfdaş kimi təqdim edə bilir. Həmin fərq strateji baxımdan olduqca vacibdir. Marşrutdan istifadə etmək bir məsələdir, marşrutun formalaşmasında və inkişafında əsas aktorlardan birinə çevrilmək isə tamam başqa məsələdir.

ŞƏT-in Azərbaycan üçün digər əhəmiyyətli tərəfi onun çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirməsidir. Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarla paralel əməkdaşlığı xarici siyasətdə təkistiqamətli yanaşmadan uzaqlaşmağa imkan verir. Çinlə strateji tərəfdaşlıq, Mərkəzi Asiya ölkələri ilə yaxınlaşma, Türk dünyası ilə əlaqələrin dərinləşməsi, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir neçə istiqaməti eyni vaxtda inkişaf etdirməsinə şərait yaradır.

Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan özünü hansısa geosiyasi blokun tərkib hissəsi kimi deyil, müxtəlif tərəflərlə əməkdaşlıq edə bilən müstəqil aktor kimi təqdim edir. ŞƏT-lə münasibətlər də bu yanaşmanın davamı kimi qiymətləndirilə bilər”, - deyə N.Aslanov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNƏCƏK  

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib  

17:54
31 Avqust

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!