31 Avqust 2026 18:31
1309
Mədəniyyət
A- A+
Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı tərəfindən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi ilə keçirilib.

Sərgi-satış yarmarkasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və turistlər iştirak ediblər.

Məqsəd filialda hazırlanan əl işlərini daha geniş auditoriyaya tanıdaraq satışını təşkil etmək, həssas təbəqədən olan müəlliflərin əməyini stimullaşdırmaq, iqtisadi fəallığını artırmaq və əmək bazarına inteqrasiyasına dəstək olmaqdır.

Yarmarka çərçivəsində 50-yə yaxın sənət nümunəsi, o cümlədən bədii oyma, vitraj, misgərlik, dərzilik, xalçaçılıq, dulusçuluq əl işlərinin dostart.az elektron satış platforması vasitəsilə satışı gerçəkləşdirilib.

Tədbir iştirakçıları İsmayıllı “DOST Evi”nin təlimçilərinin köməkliyi ilə əl işlərinin hazırlanma prosesi ilə yaxından tanışlıq imkanı qazanıblar. Yerli və xarici qonaqlara filialın xidmət istiqamətləri, inklüzivliyin təşviqi istiqamətində görülən işlər, eləcə də dostart.az platformasının əhəmiyyəti ilə bağlı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

12:27
23 Sentyabr

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək  

12:17
23 Sentyabr

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır  

12:01
23 Sentyabr

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

11:44
23 Sentyabr

edib ki, Tehranın şərtlərinə dəniz blokadasına və iqtisadi müharibəyə son qoyulması, İran aktivlərinin azad edilməsi də daxildir.  

11:43
23 Sentyabr

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

11:43
23 Sentyabr

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

11:42
23 Sentyabr

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

11:39
23 Sentyabr

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

11:37
23 Sentyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
23 Sentyabr

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda  

11:34
23 Sentyabr

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

11:33
23 Sentyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

11:32
23 Sentyabr

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub 

11:30
23 Sentyabr

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

11:29
23 Sentyabr

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı  

11:28
23 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

11:27
23 Sentyabr

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!