23 Sentyabr 2026 11:42
619
CƏMİYYƏT
A- A+
BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın


Yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir. Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazitliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara müraciətində bildirilib.

Qeyd olunub ki, yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.

“Xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir. Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.

Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, - deyə müraciətdə qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU  

12:38
05 Noyabr

İqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz  

11:00
05 Noyabr

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb  

10:57
05 Noyabr

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Ötən gün 64 cinayətin açılması təmin olunub

10:43
05 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib

10:36
05 Noyabr

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək  

10:31
05 Noyabr

Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

10:28
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb  

10:26
05 Noyabr

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına  

10:24
05 Noyabr

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb

10:23
05 Noyabr

Azərbaycan nefti 106,81 dollara satılır 

10:22
05 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:01
05 Noyabr

Neft ucuzlaşır

09:49
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir  

09:19
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!