26 Noyabr 2025 10:49
436
İQTİSADİYYAT
A- A+
Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı müzakirə olunub

Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı müzakirə olunub


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən bildirilib ki, qəbul zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə intensiv inkişaf etdiyi və iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyi vurğulanıb.

Qeyd edilib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.

Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!