05 Oktyabr 2026 12:20
204
SİYASƏT
A- A+
“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir


Mülki Prosessual, Vergi, Cinayət-Prosessual məcəllələrinə, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliklər təklif edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də iclasının gündəliyinə daxil edilib.

Təklif olunan qanun layihəsi müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Bura bəzi texniki və təkmilləşmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi qismində vergi uçotuna alınması, vergi bəyannaməsinin verilməsi, məhkəmə ekspertizası fəaliyyətinə görə alınan haqların vergitutma obyekti hesab olunması, özəl məhkəmə ekspertlərinin məcburi dövlət sosial sığortasına cəlb olunması, özəl məhkəmə ekspertlərinin məşğul şəxslərin sırasına aid edilməsi daxildir.

Bundan başqa, özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanması və həyata keçirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydalarının müəyyənləşdirilməsi, "Özəl Məhkəmə Ekspertlərinin Palatası"nın yaradılması təklif edilir.

Layihədə, həmçinin "Lisenziyalar və icazələr haqqında" Qanunun 3 nömrəli əlavəsindən özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılması təklif edilir. Bu təklif də ondan qaynaqlanır ki, elə həmin layihədə "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinin on birinci hissəsində özəl məhkəmə eksperti fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab olunmadığına dair müddəa öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

12:31
05 Oktyabr

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

12:27
05 Oktyabr

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

12:26
05 Oktyabr

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

12:23
05 Oktyabr

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb  

12:21
05 Oktyabr

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

12:20
05 Oktyabr

Bir sıra qanunlarda dəyişiklik edilir  

12:20
05 Oktyabr

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik  

12:12
05 Oktyabr

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

12:03
05 Oktyabr

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər  

12:02
05 Oktyabr

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir  

12:01
05 Oktyabr

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

11:45
05 Oktyabr

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib  

11:34
05 Oktyabr

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

11:13
05 Oktyabr

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

11:11
05 Oktyabr

Son iki gündə 60 cinayətin açılması təmin olunub

11:06
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!