07 Aprel 2026 18:37
358
Mədəniyyət
A- A+
Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzi açılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qeyd edib ki, yeni yaradılan mərkəz Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, fotomateriallar və müxtəlif tədris vəsaitləri ilə təmin edilib. O vurğulayıb ki, mərkəzin tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alıb.

“Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. O, özbəkəsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr etmiş və türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi tarixdə özünəməxsus yer tutub.

Onun irsi bu gün də aktuallığını qoruyur və Türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir. Bu cür mərkəzlərin yaradılması isə gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”, -deyə R.Hüseynov əlavə edib.

Sonra akademik Rafael Hüseynov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru Sanjar Adilovun iştirakı ilə yeni yaradılmış tədris məkanı istifadəyə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!