09 Oktyabr 2026 08:45
173
İQTİSADİYYAT
A- A+
Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 

Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 


"Orta dəhlizin inkişafı Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinə ixrac marşrutlarını şaxələndirmək, yeni bazarlara çıxmaq və Avropa ilə ticarət əlaqələrini genişləndirmək imkanı yaradır. Xəzər dənizi üzərindən Azərbaycan, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış region ölkələri üçün əlavə logistika imkanları formalaşdırır".

Bunu AZƏRTAC-a açıqlaması zamanı türk iqtisadçı ekspert Canip Nuray bildirib.

C.Nurayın sözlərinə görə, Orta dəhliz Mərkəzi Asiyanın Avropa ilə iqtisadi əlaqələrində yeni imkanlar açır.

"Burada söhbət yalnız yükdaşımaların həyata keçirilməsindən getmir. Marşrutun inkişafı ticarət əlaqələrinin genişlənməsinə, ixrac coğrafiyasının şaxələndirilməsinə və region ölkələrinin beynəlxalq təchizat zəncirlərinə daha fəal qoşulmasına şərait yaradır. Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələri üçün logistika xərclərinin və daşınma müddətlərinin optimallaşdırılması baxımından da əhəmiyyətlidir. Marşrut boyunca infrastrukturun modernləşdirilməsi, liman və dəmir yolu imkanlarının genişləndirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi Avropa bazarlarına çıxışı daha səmərəli edə bilər. Orta dəhliz ətrafında əməkdaşlığın genişlənməsi region ölkələri arasında yeni iqtisadi tərəfdaşlıqların yaranmasına da təkan verə bilər. Nəqliyyat və logistika sahəsində qurulan əlaqələr zamanla ticarət, investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar və xidmət sektorlarında əməkdaşlığın inkişafına zəmin yaradır. Azərbaycan bu prosesdə mühüm əlaqələndirici mövqeyə malikdir. Azərbaycanın Xəzər dənizi ilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında yerləşməsi, nəqliyyat infrastrukturu və logistika imkanlarının inkişaf etdirilməsi ölkənin Orta dəhlizdə rolunu daha da artırır. Azərbaycanın Orta dəhlizdəki mövqeyi Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxış baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin nəqliyyat imkanlarının Mərkəzi Asiya ölkələrinin ixrac potensialı ilə əlaqələndirilməsi regionda yeni iqtisadi əməkdaşlıq imkanları yaradır", - deyə C.Nuray bildirib.

Ekspertin sözlərinə görə, Orta dəhliz boyunca yalnız tranzit infrastrukturunun deyil, logistika mərkəzlərinin, anbar komplekslərinin, istehsal və emal müəssisələrinin inkişaf etdirilməsi də vacibdir. Bu, marşrut üzərində əlavə iqtisadi dəyərin yaradılmasına və yeni investisiyaların cəlb edilməsinə imkan verə bilər: "Gələcəkdə Orta dəhliz ölkələri arasında daha sıx koordinasiyanın təmin edilməsi, vahid logistika standartlarının formalaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi dəhlizin səmərəliliyini artıracaq. Orta dəhlizin inkişafı nəticəsində Mərkəzi Asiya ölkələri ilə Azərbaycan, Türkiyə və Avropa arasında iqtisadi əlaqələr daha çoxşaxəli xarakter ala bilər. Bu baxımdan, dəhliz yalnız Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutu deyil, həm də yeni ticarət və investisiya əlaqələrinin formalaşdığı iqtisadi əməkdaşlıq platformasına çevrilə bilər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

İnvestisiya qoyuluşunun etibarlı ünvanı - Azərbaycan

08:50
09 Oktyabr

Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 

08:45
09 Oktyabr

Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib

08:40
09 Oktyabr

Azərbaycan-Türkmənistan əlaqələri sürətlə inkişaf edir

08:30
09 Oktyabr

Yeni mərhələdə yeni hədəflər

08:20
09 Oktyabr

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclası keçirilib

08:10
09 Oktyabr

Güclü lider, sarsılmaz etimad

08:00
09 Oktyabr

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib  

22:02
08 Oktyabr

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb  

21:43
08 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO  

21:33
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!