09 Oktyabr 2026 08:40
419
SİYASƏT
A- A+
Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib

Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib


Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, yeni geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələrin aydın şəkildə müəyyənləşdirilməsi ilə diqqət çəkdi. 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti ölkəmizin müstəqillik tarixi ilə birbaşa bağlıdır. Siyasi və iqtisadi sabitliyin təmin olunması, güclü dövlət institutlarının formalaşdırılması, milli maraqlara əsaslanan xarici siyasət kursunun həyata keçirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi bu mərhələnin əsas istiqamətlərini təşkil edib.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, bu gün isə Azərbaycanın qarşısında tamamilə yeni imkanlar açılıb: "2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bununla da regionda erməni separatizminin kökü kəsildi, yeni siyasi reallıq yarandı. Bu reallıq Azərbaycanın regional və beynəlxalq mövqelərinin daha da güclənməsi üçün geniş imkanlar yaradıb. Hazırkı mərhələdə əsas vəzifələrdən biri əldə edilmiş Zəfərin siyasi, iqtisadi və diplomatik dividendlərinin təmin edilməsidir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan artıq regionda baş verən proseslərin mühüm təşəbbüskarına çevrilib. Rəsmi Bakının həyata keçirdiyi enerji, nəqliyyat, logistika və kommunikasiya layihələri ölkəmizin geosiyasi əhəmiyyətini artırıb. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın fəal iştirakı ölkəmizi Avrasiya məkanında mühüm bağlantı mərkəzlərindən birinə çevirib. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi", Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və "Şimal-Cənub" nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq sistemində rolunu da gücləndirib. Nəqliyyat və enerji infrastrukturu üzərindən formalaşan qarşılıqlı asılılıq dövlətlər arasında siyasi dialoqun və əməkdaşlığın genişlənməsinə şərait yaradır.

N.Məmmədova deyib ki, Azərbaycanın enerji diplomatiyası da ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm amillərdən biridir: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırır. Eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və elektrik enerjisinin ixracı istiqamətində yeni imkanların yaranması Azərbaycanın enerji siyasətinin növbəti mərhələsini müəyyənləşdirir. Azərbaycanın regional siyasətində mühüm məqamlardan biri də müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış və milli maraqlara əsaslanan münasibətlərin qurulmasıdır. Qlobal sistemdə geosiyasi rəqabətin kəskinləşdiyi, beynəlxalq münasibətlərdə yeni qarşıdurma xətlərinin yarandığı bir dövrdə Azərbaycanın praqmatik və çoxvektorlu xarici siyasət yürütməsi ölkəmizin strateji manevr imkanlarını genişləndirir".

Deputat vurğulayıb ki, bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq formatlarının yaradılmasında maraqlıdır. Avropa ilə enerji əməkdaşlığı, Mərkəzi Asiya ilə nəqliyyat və iqtisadi əlaqələr, türk dövlətləri ilə strateji tərəfdaşlıq, regional dövlətlərlə qarşılıqlı münasibətlər bu çoxşaxəli siyasətin müxtəlif istiqamətlərini təşkil edir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Azərbaycanın regional nəqliyyat və logistika imkanlarını daha da genişləndirəcək.  "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar da yeni regional reallıq yaradır. Sülh və əməkdaşlığın təmin olunması, bütövlükdə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına yeni imkanlar yaradır. Bu baxımdan, Azərbaycan regionda sülh gündəliyinin formalaşdırılmasında əsas tərəflərdən biri kimi çıxış edir. Ermənistandan da eyni yanaşmanı sərgiləməsi gözlənilir. Bütün bunlarla yanaşı, müasir dünyada dövlətlərin beynəlxalq mövqeyini hərbi və iqtisadi güclə yanaşı, informasiya təhlükəsizliyi, ideoloji dayanıqlılıq, texnoloji inkişaf, rəqəmsal transformasiya, insan kapitalı və milli həmrəylik də möhkəmləndirir. Hazırda bunlar dövlət gücünün əsas prioritetlərinə çevrilib. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi mesajlar da Azərbaycanın qarşıdakı mərhələdə məhz bu istiqamətlərdə inkişafını davam etdirməsinin vacibliyini göstərir", - deyə deputat qeyd edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!