31 Oktyabr 2026 09:48
202
SİYASƏT
A- A+
Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  


23 il əvvəl İlham Əliyevin Prezident seçilməsi müasir Azərbaycan tarixinin ən əlamətdar, mühüm hadisələrindən biri oldu. Bu seçimlə Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun davamına səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha təsdiqlədi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 31 oktyabr 2003-cü ildə ilk andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirəcəyini bəyan etdi. 

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə açıqlamasında dedi ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir: “Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli etika nümunəsi təqdim etdi”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezidentin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram, habelə layihələrdə real əksini tapıb. Prezident İlham Əliyev andiçmə mərasimində bəyan edi: “Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı güclənir. Azərbaycanda iqtisadi islahatlar aparılır. Bu islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində öz iqtisadiyyatının yüksəlişini təmin etmişdir”. Bununla yanaşı, dövlət başçısı qarşıdakı dövrdə görüləcək işləri də açıqlamışdı. Bütövlükdə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olunub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib. 

Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə – ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. Hələ 23 il əvvəl ilk andiçmə mərasimində cənab İlham Əliyev demişdir: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Məhz belə də oldu! 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatdı. Əgər altı il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoymuşduqsa, 2023-cü  ildə Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrin, qeyri-qanuni silahlı dəstələrin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti qələbəsinin təntənəsi oldu. “Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı”, – deyə deputat əlavə etdi. 

P.Kərimzadə qeyd etdi ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Azərbaycanın əsas prioritetlərindən biri azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük qələbənin nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyası uğurla reallaşır. Bu strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Bir sözlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir. 

Deputat vurğuladı ki, Prezident İlham Əliyev ilk andiçmə mərasimində qarşıda duran tarixi vəzifələri həyata keçirmək, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün Heydər Əliyev siyasətinin davam etdirilməsini ən başlıca amil hesab etmişdi: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” – deyən cənab Prezident bu siyasətə sadiq qalmaqla, Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi”.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!