30 Aprel 2021 00:35
1397
İQTİSADİYYAT
A- A+
“Organic Karabakh” brendi ilə dünya bazarlarına Azərbaycan məhsulları ixrac etmək potensialımız var

“Organic Karabakh” brendi ilə dünya bazarlarına Azərbaycan məhsulları ixrac etmək potensialımız var

 

Hazırda dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı məhsulları istehsal olunur. 1999-cu ildə dünya üzrə orqanik məhsul yetişdirilməsi 11 milyon hektarda idisə, bu gün həmin rəqəm 80 milyon hektara çatmışdır. Bunu da demək lazımdır ki, orqanik məhsul istehsalçılarının bütün dünyanı təmin edəcəkləri ilə bağlı iddiaları yoxdur. Əslində bu, mümkün də deyil.

Lakin o da faktdır ki, hazırda dünyada orqanik məhsul istehlakı artan trend üzrə inkişaf edir. Bununla yanaşı, məsələyə ölkənin iqtisadi siyasəti baxımından nəzər saldıqda görürük ki, bütün dünyada orqanik məhsullar ixrac məhsulları hesab edilir və ölkə iqtisadiyyatına böyük təkan vermək potensialına malikdir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin edilməsində  orqanik əkinçilikdən istifadə olunur. Bu gün belə məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2-3 faizini təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Üstəlik bu məhsullar zərərvericilərə qarşı davamsızdır, məhsuldarlığı aşağıdır. Lakin onlar ekoloji cəhətdən təmizdir və buna görə də qiymətləri daha yüksəkdir. Buna baxmayaraq, inkişaf etmiş ölkələrin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə dövlət tərəfindən dəstək verilir.

Ölkəmizdə də ekoloji təmiz məhsul istehsalı ilə bağlı müvafiq qanunvericilik aktları var. Lakin bu hüquqi bazadan çox az hallarda tam istifadə olunur. Əsas problem isə statistik məlumatların toplanması ilə bağlıdır. Təəssüf ki, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına baxmayaraq, ölkəmizdə orqanik məhsullar haqqında konkret statistika aparılmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumidir.

Ölkəmizdə yetişdirilən orqanik fındıq, qoz, fıstıq, quru meyvələrə dünya bazarında böyük tələbat var. Bunlardan əlavə, təsərrüfatlarda orqanik paxlalılar, tibbi aromatik bitkilər, pambıq və zeytun kimi məhsullar da yetişdirilir. Azərbaycanda orqanik heyvan məhsulları istehsalına da son illər maraq artıb.  Ət, süd,  pendir,  qatıq,  yumurta və bal orqanik bazarda artıq öz yerini almaqdadır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər isə orqanik məhsul olaraq böyük potensiala malikdir.

Adıçəkilən məhsulların orqanik məhsul kimi dünya bazarlarına çıxması üçün əlverişli imkanlar olsa da, bəzi çətinliklər və maliyyə məsrəfləri buna imkan vermir. Həmin xərclərin bir hissəsini dövlət və ya donor təşkilatları öz üzərinə götürərsə, proses sadələşə bilər. Ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına başlıca maneələrdən biri də ekoloji kənd təsərrüfatına və onun real üstünlüklərinə münasibətdə əhalinin müxtəlif təbəqələrinin təfəkkürünün yanlış formalaşmasıdır. Yaranmış vəziyyəti əhali arasında, xüsusilə kənd yerlərində maarifləndirmə işinin gücləndirilməsi və regional nümunəvi ekotəsərrüfatların yaradılması vasitəsilə aradan qaldırmaq mümkündür. Bu sahədə digər problem keçmişdə yol verilmiş təsərrüfatsızlığın nəticəsi olan şoranlaşmış torpaqlardır. Hazırda 4,5 milyon hektar əkinəyararlı ərazimizin təxminən 60-65 faizi az, orta və yüksək səviyyədə deqradasiya olunub. Bazara çıxmaqla bağlı problemlər isə bazar iştirakçıları arasında əlaqənin zəifliyi, başqa sözlə, istehsalçı və alıcı arasında əlaqənin olmaması ilə şərtlənir.

Onu da qeyd edək ki, ölkəmizin meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün geniş imkanlar var. Artıq bu məsələ ilə bağlı müvafiq addımlar atılmağa başlanmışdır və yaxın zamanda ölkəmizdə yabanı və təbii şəkildə yetişən bir çox məhsulların beynəlxalq orqanik sertifikatlarla təmin edilərək dünya bazarına çıxarılması təmin ediləcək. Yeri gəlmişkən bildirək ki, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi pandemiyadan öncə ölkəmizin orqanik xəritəsinin hazırlanması təklifi ilə çıxış etmiş və bunun üçün xarici tərəfdaşlarla müzakirələr aparılmışdı. Bu xəritənin olması çox zəruridir. Çünki bu halda beynəlxalq sertifikasiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində sadəcə məhsullar üzrə orqanik sertifikatlaşma deyil, həm də bölgələr, rayonlar üzrə orqanik sertifikatlaşma da təşkil edilmiş olur. Bu isə o deməkdir ki, orqanik bölgə olaraq sertifikatlaşmış ərazidə istehsal edilmiş məhsullar da orqanik məhsul sayılacaq və ya onların sertifikatlaşması daha sadə prosedurlardan keçəcək.

2020-ci il sentyabrın 27-də başlayan və tarixi qələbəmizlə nəticələnən Vətən müharibəsi nəticəsində azad edilmiş Qarabağ torpaqlarımızın da orqanik məhsul yetişdirmək potensialı yüksəkdir. Belə ki, azad edilmiş ərazilərin hesabına təxminən 600 min hektar yeni əkinəyararlı sahə dövriyyəyə cəlb edilmişdir. İqlimi, eyni zamanda zəngin mineral tərkibli su ehtiyatları bu bölgənin aqrar potensialını daha da artırır. Həmin  ərazilərin çox böyük hissəsində məskunlaşmanın olmaması, yaxud seyrək olması və əksər torpaq sahələrinin uzun illər istifadəsiz qalması bu yerlərdə orqanik məhsul yetişdirilməsi imkanını artırır. Qeyd edək ki, orqanik məhsulların istehsal potensialının çox olması və ixrac məhsulları sayılması, eləcə də əlavə dəyərli məhsul hesab edilməsi bütün hallarda, hətta 3 illik sertifikasiya öncəki dövr tələb edilsə belə Qarabağda orqanik məhsul yetişdirilməsini zəruri edir. Çünki bu torpaq sahələri qeyri-üzvi gübrələr, pestisidlər və digər bu qəbildən olan kimyəvi tərkibli dərmanların istifadəsindən “əziyyət” çəkməmişdir. Eyni zamanda burada ənənəvi təsərrüfat olmadığından orqanik təsərrüfata keçid dövrü də tələb edilməyəcək. Həmçinin nəzərə alaq ki, Qarabağ ərazisinin orqanik təsərrüfatlarla məşhurlaşdırılmasını və burada yetişdirilmiş orqanik sertifikatlı “Made in Azerbaijan” məhsullarının “Organic Karabakh” brendi ilə dünya bazarlarına çıxarılmasını təmin etmək olar. Hətta bölgəyə beynəlxalq orqanik sertifikasiya şirkətlərini dəvət edərək müəyyən olunan ərazilərdə araşdırmalara başlamaq və bölgənin orqanik sertifikat ilə təmin edilməsini həyata keçirmək belə mümkündür.

 

Emin ƏLİYEV,

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Arxeoloqlar uzun müddətdir itkin düşmüş Maya şəhərini tapıblar?  

20:01
05 May

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

İnternetdə bir dövrün sonu: "Ask.com" tarixə qovuşdu  

19:13
05 May

Strateji vaqonların istehsalında günəş enerjisindən istifadə olunacaq

19:07
05 May

Metan qazı tullantılarının azaldılması enerji təhlükəsizliyi üçün vacibdir  

18:57
05 May

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib  

18:52
05 May

Gürcüstanın kənd təsərrüfatı naziri: Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıyıq  

18:51
05 May

Premyer Liqa: “Neftçi” Yevlaxda 3 xal qazanıb

18:49
05 May

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

18:48
05 May

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

18:47
05 May

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

18:46
05 May

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq  

18:45
05 May

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

18:44
05 May

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb 

18:43
05 May

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

18:42
05 May

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində növbəti təlim toplanışı başa çatıb

18:34
05 May

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub  

18:33
05 May

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

18:31
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!