05 Oktyabr 2024 08:55
1515
Mədəniyyət
A- A+
Oncallıda cüt məzar

Oncallıda cüt məzar


Bu il şimal-qərb bölgəsində dağlara yağan qarın soyuğunun aşağı ərazilərə təsiri, aran hissədə isə intensiv yağışlar zəminində sentyabrdan havalar soyusa da, qarşımızda açılan xoş mənzərələr təbiətin tanış şıltaqlıqlarından inciməyimizə imkan vermirdi. 

Maşının salonunda yol yoldaşlarımızın şeir-sənət adamları olması və qoca ozanın radio dalğalarından pərdələnən "Biz dünyadan gedər olduq, qalanlara salam olsun. Bizim üçün xeyir-dua qılanlara salam olsun" sədası Dədə Yunusu xatırlatdı... Bakı-Balakən şosesindən 7-8 kilometr içəri - Qaxın Oncallı kəndinə dönüb ustadın və mürşidi Hacı Tapdığın məzarını ziyarət etməyi, ruhən dincəlməyi qərara aldıq. Meşəliyin ağuşunda, iri ağacların əhatəsində yerləşən Oğuz adlı qədim qəbiristanlıq kimsəsiz deyildi, başqa zəvvarlar da vardı; sağ olsunlar qədirbilən yerli sakinlər və qonaqlar, qərib müqəddəsləri hər zaman anırlar... 

Onlar təxminən 700 il öncə Anadolunun Əskişəhərindən uzun bir yola çıxmışdılar. Məqsədləri adi səyahət, klassik islamın təlimi, yaxud bu din daxilində hansısa cərəyanın təbliğiydi, - indi bu barədə dəqiq fikir yürütmək çox çətindir, amma aydındır ki, xeyirxah məramlı idi. Bir  versiyaya görə, həmin 5-6 nəfərlik heyətin içərisində türk təsəvvüf ədəbiyyatı nəhəngi ilə yanaşı, müəllimi Tapdıq baba da varmış. Ömrünün böyük hissəsini vətənində keçirən şairin islam fəlsəfəsini yaymaq məqsədilə Şərqi gəzməsi, ustadının qocalması üzündən adıçəkilən kənddə məskunlaşmaları da iddialar arasındadır. Digər ehtimala əsasən, Yunus Əmrə mürşidi ilə Azərbaycanda - Qaxda rastlaşıb və ömrü boyu bu şəxsiyyətə müridlik edəcəyinə söz verib. Elmi dairələr və ardıcıllarının əksəriyyəti daha çox Yunusun dövrün ən mötəbər ruhanisi, yüksək məqamlı alim Hacı Tapdıq ağanın şöhrətindən xəbər tutub mənəvi rahatlığını ona şagirdlikdə tapması ehtimalını dəstəkləyirlər.

Elə Oncallı oykonimi də qıpçaqların əncə tayfasının adı ilə bağlıdır, yaşayış məskəni kimi XIV əsrə aid edilir. Məzarların ikisi də bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnib. Dədə Yunusun qəbrinin üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd, Hacı Tapdığın məzar daşı isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxslər tərəfindən inşa edilib. Tapdıq baba və Şeyx Yunus xanəgahı keçmişdə beynəlxalq karvan-ticarət yolu üzərində fəaliyyət göstərən siyasi-ideoloji mərkəzlərdən olmuşdur.

2010-cu ildə Türkiyənin ovaxtkı prezidenti Abdullah Gül və digər dövlət xadimləri də bu məzarları ziyarət məqsədilə Qaxa səfərə gəlmişdilər. Biz Oncallıda olanda da ziyarətçilərin sayı az deyildi. Şəkidən Əlizadələr ailəsi, Zaqatala İslam Universitetinin Məhəmməd adlı tələbəsi, Trabzondan Əli Yəqub həyat yoldaşı Zeynəb xanımla qəbirüstü yazıları nəzərdən keçirir, dualar edir, təəssüratlarını bölüşürdülər. Kəndin daxil olduğu Qıpçaq bələdiyyəsinin kollektivi də abidənin qorunması, ətrafın səliqə-sahmanı üçün lazımi tədbirləri görür.   

Anadolu türkcəsində yazan Əmrənin şeirlərinin mövzusu, ideyası, dil xüsusiyyətləri Oğuz türklərinin məkanı sayılan bu bölgədə çox sevilib. Mürşidi ilə birgə Oncallıda yaşayıb fəaliyyət göstərdikləri zamanlarda böyük nüfuza sahiblənib, uşaqdan-böyüyə hər kəsin hörmətini qazanıblar. Onlar haçan öləcəklərini də əvvəlcədən bilib, buna hazırlıq görüblər. Kənddə xəstəlik yayıldığından insanların kütləvi qırğını baş verib. Vəziyyəti anlayan türkiyəli müsafirlər məzarlıqda özlərinə yer seçiblər.

Oncallıdakı cüt məzarın müqəddəs ziyarətgaha çevrilməsi, keçmişlərdən soraq gətirməsi, tarixi-mədəniyyət abidəsi olması ilə yanaşı, Ulu Öndərin "bir millət, iki dövlət" dəyərləndirməsinin təsdiqi də göz önündədir. Xalqlarımızın dili, dini, adət-ənənələri eynidir, qoşadır. Onu da vurğulayaq ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbiristanlığa getmiş, Yunus Əmrə və Hacı Tapdığın qəbirlərini görəndə heyrətlənərək "Ölkəmdə Yunus Əmrəyə istinadlı qəbirlərin sayı 20-dən çoxdur. Lakin heç birinin yaxınlığında əfsanələrin, rəvayətlərin təsdiqi olaraq Tapdıq babanın aramgahı yoxdur. Deməli, məşhur el şairinin son ünvanı barədə söylənilənlərin ən ağlabatanı Qaxın Oncallı kəndidir" demişdir.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik  

14:23
12 Noyabr

COP29 çərçivəsində “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” mövzusunda seminar təşkil edilib

14:22
12 Noyabr

Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik  

14:21
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır  

14:20
12 Noyabr

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək  

12:32
12 Noyabr

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub  

12:32
12 Noyabr

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir  

12:29
12 Noyabr

Azərbaycanın energetika naziri COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb  

12:29
12 Noyabr

Nazir: Bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə çatdırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac var  

12:27
12 Noyabr

Baş prokuror: COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya keçiriləcək  

12:26
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNİB

12:09
12 Noyabr

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib  

12:07
12 Noyabr

Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib  

11:49
12 Noyabr

Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb  

11:39
12 Noyabr

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq  

11:36
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib  

11:34
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib  

11:17
12 Noyabr

Nazir Məcnun Məmmədov FAO-nun Baş direktoru Qu Dongyu ilə görüşüb

11:15
12 Noyabr

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb 

11:13
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!