Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edərək 2023 və 2024-cü illər üzrə ölkəmizdə mədəniyyət sahəsinin mənzərəsinə nəzər salıb. Nazir Mədəniyyət Nazirliyi tərəfindən ötən dövrdə görülmüş işlər, qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Adil Kərimli çıxışının sonunda Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Daha sonra mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov və başqalarının müvafiq sahələr üzrə fəaliyyətə həsr olunan məruzələri dinlənilib. Həmçinin Naxçıvan Muxtar Respublikası (NMR) mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov NMR-in Mədəniyyət Nazirliyi tərəfindən 2023–2024-cü illərdə görülmüş işlərə dair məruzə ilə çıxış edib.
Daha sonra kollegiya iclası debat formatında davam edib, iclas iştirakçılarının sualları cavablandırılıb.
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir
Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib
Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub
Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək
Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub
Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var
Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!