06 Mart 2025 09:05
1154
Mədəniyyət
A- A+
Xatirələrdə yaşayan alim

Xatirələrdə yaşayan alim


Əbədi olan ömür deyil, onun izləri, xatirələridir. Ona görə də insan xatırlandığı kimi və xatırlandığı qədər yaşayır. Gərək qismətinə düşən ömrü elə yaşayasan ki, özün bu dünyada olmasan da, adını hörmətlə, ehtiramla, ansınlar, sözün-söhbətin, əməllərin unudulmasın. Xatirələrin də işıq tək neçə-neçə insanın yollarını nurlandırsın, üzlərdə təbəssümə dönsün. Şərqşünas alim, pedaqoq Şulan Şirəliyev belə ömür yaşayıb. O həm alim, həm müəllim, həm də insan kimi bu gün də xatırlanır.

Şulan Şirəliyev 1935-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Düdəngə kəndində dünyaya göz açıb. Valideynlərindən dürüstlüyü,  zəhmətlə yaşamağın çətinliyi qədər, şərəfli olduğunu öyrənib.

O, Düdəngə kənd ibtidai məktəbinin birinci sinfinə gedəndə 1942-ci il idi. İkinci Dünya müharibəsinin ən qanlı-qadalı vaxtlarıydı. Dəhşətli müharibənin ön cəbhəsində ağır döyüşlər gedir, yağdırılan güllələr, atılan bombalar insanların həyatına son qoyurdu. Arxa cəbhədə atəş səsləri eşidilməsə də, güllələrə qurban gedənlər olmasa da, vəziyyət dəhşətli dərəcədə ağır, acınacaqlı idi. Çünki müharibə özü ilə həm də yoxsulluq, səfalət gətirmişdi. Bir tərəfdən, döyüşə getmiş əzizlərindən, doğmalarından acı xəbər gələ biləcəyi qorxusu, digər tərəfdən də aclıq insanları əldən salır, simalarından təbəssümü, gözlərindən sevinci qovub aparırdı.

Ancaq o ağır, təlatümlü günlərin qüssəsi Şulan Şirəliyevin oxumaq həvəsini kölgələyə bilməyib. O, dərs əlaçısı olub. 1946-cı ildən təhsilini Baş Noraşen kənd (indiki Cəlil kəndi) orta məktəbində davam etdirib. 1952-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurub. Həmin ilin iyun ayından 1953-cü ilin mayınadək Düdəngə kənd kolxozunda işləyib.

Savadına, zəkasına, işgüzarlığına görə 1953-cü ildə Şərur rayon Partiya Komitəsində texniki katib vəzifəsinə işləməyə dəvət olunub.

Təhsilini davam etdirmək arzusu ilə 1954-cü ildə SSRİ Neft Sənayesi Nazirliyi nəzdində olan Bakı Neft Texnologiya Texnikumuna daxil olub. Şulan Şirəliyev tələbə ikən hərbi xidmətə çağırılıb. Həmin ilin noyabrından sovet ordusu sıralarında xidmət edib. Nazirlər Sovetinin ali məktəbə daxil olanların vaxtından əvvəl ordu sıralarından tərxis olunması barədə 4 may 1957-ci il tarixli qərarı ona da şamil olunub.

Geri döndükdən sonra 1957-ci ildə sənədlərini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə verib. Sonralar taleyində böyük rol oynayacaq bu universitetin tələbəsi olub. Şulan Şirəliyev bu təhsil ocağında görkəmli pedaqoqlardan, böyük alimlərdən dərs alıb. Oxuyub öyrənməyə sonsuz marağı, məsuliyyəti və zəhmətsevərliyi ilə onların etimadını, inamını qazanıb. Müəllimləri Şulan Şirəliyevin gələcəyinə ümidlə baxıb, onu elmi və pedaqoji fəaliyyətə həvəsləndiriblər.

O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə başa vurub. Həmin ilin sentyabrından 1963-cü ilin sentyabrınadək Moskva Dövlət Universitetinin nəzdində olan Şərq Dilləri İnstitutunda təcrübəçi olub.

Bundan sonra necə yaşayacağı barədə qərarını verir, yolunu seçir. Şulan Şirəliyev 1963-cü ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin Yaxın Şərq dilləri kafedrasının aspirantı olur. Elmin çətin, lakin şərəfli yolunda ilk addımlarını qətiyyətlə atır. Yorulmadan apardığı tədqiqatlar nəticəsində sanballı bir elmi əsər yazır. 1966-cı ildə "Müasir fars dilində modal sözlər" mövzusunda dissertasiya müdafiə edir.

1968-1971-ci illərdə vətənindən kənarda yaşayıb. Şulan Şirəliyev İranda sovet mütəxəssislərinin elevator tikinti təşkilatı yaradılanda orada mütərcim işləyib. Tehranda ikən iki lüğət hazırlayıb çap etdirib. İranda yaşayıb çalışdığı üç il ərzində xaricdə işləyən sovet vətəndaşları üçün nəzərdə tutulan bütün mükafatlara - səfirliyin təşəkkürü, "Lenin" yubiley medalı, nümunəvi iş üçün təşəkkür və başqa mükafatlara layiq görülüb.

Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. İllər keçdikcə həm pedaqoq, həm də tədqiqatçı kimi daha da püxtələşib. Şulan Şirəliyev həmin fakültənin təcrübəli və nüfuzlu müəllimlərindən sayılıb. O, müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Şərqşünaslıq fakültəsinin  dekanı, sonra isə İran filologiyası kafedrasının professoru vəzifələrində işləyib.

Şərqşünaslıq fakültəsində tədrisin yüksək səviyyədə aparılmasında, kadrların yetişdirilməsində, elmi nailiyyətlər əldə edilməsində akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyerzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov və başqaları kimi Şulan Şirəliyev də əvəzsiz xidmətlər göstərib.

Alim kimi də fəaliyyəti çox məhsuldar olub. 1969-cu ildə Şulan Şirəliyevin Şərqşünaslıq və filoloji fakültələrin tələbələri üçün "Müasir fars dilində modal sözlər" dərs vəsaiti, 1976-cı ildə "Fars dilində texniki mətnləri oxu kitabı" çapdan çıxıb. Daha bir kitabı - "Müasir fars dilində modal ara söz və söz birləşmələri" 1978-ci ildə nəşr edilib. 1983-cü ildə N.Hatəmi ilə həmmüəllifli olduğu "Farsca-azərbaycanca danışıq kitabı" işıq üzü görüb. 1990-cı illərdə isə o, N.Hatəmi ilə həmmüəllifliliyi ilə yuxarı siniflər üçün bir neçə dərslik də hazırlayıb. Onların 1993-cü ildə 9-cu, bir il sonra isə 10-cu siniflər üçün "Fars dili" dərslikləri çap edilib.

Şulan Şirəliyevin tərcüməçi kimi də fəaliyyəti təqdirəlayiq olub. Akademik Vasif Məmmədəliyevin fikrincə: "İlk dəfə fars dilində modallıq kateqoriyasını təyin edən müəllim kimi Ş.Şirəliyev praktik fars dilini bilir, tərcüməçi kimi olduqca təcrübəli idi. Bu peşənin sirlərini dərindən mənimsəmişdi".

2000-ci il iyunun 16-da UNESCO-nun Kadr Akademiyası tərəfindən "Filoloji elmlərdə fəlsəfə doktoru" dərəcəsinə layiq görülən Şulan Şirəliyevə bu barədə rəsmi diplom verilib.

Ölkəmiz müstəqilliyinə qovuşandan sonra Şulan Şirəliyev yeni yaradılan bir sıra özəl ali məktəblərdə də müxtəlif vəzifələrdə çalışıb.

O, vətənini, xalqını çox sevən, təəssübkeş ziyalılarımızdan biri idi. 1990-cı ildə törədilən 20 Yanvar qətliamı xalqını düşünən bütün soydaşlarımız kimi Şulan Şirəliyevi də sarsıdıb. Bu faciədən sonra erməni vandallarının Qarabağda, Şərqi Zəngəzurda azərbaycanlılara qarşı hücumları artdı. 1990-cı illərdə erməni quldurları həmin ərazilərimizdə qırğınlar, soyqırımları törətdilər. Bir milyona yaxın soydaşımızı öz yurdundan, evindən didərgin saldılar. Azərbaycanın ərazilərinin 20 faizini işğal etdilər.

Vətənin düşmən tapdağı altında qalan torpaqlarının dərdini, intizarını çəkən alim, pedaqoq bir gün ədalətin qələbə çalacağına inanıb. Bu qalibiyyətə 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlığı ilə nail olub. Ancaq Şulan Şirəliyevə arzusunda olduğu o günləri görmək qismət olmayıb...

2010-cu il aprelin 9-da Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İran filologiyası kafedrasının professoru Şulan Şirəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 2013-cü il iyunun 5-də Şulan Şirəliyev dünyasını dəyişib.

Şulan Şirəliyev həm də ailə başçısı kimi örnək insan olub. O, həmişə deyərmiş ki, ailə kiçik dövlətdir. Qayğıkeş həyat yoldaşı, mehriban ata olub. Şulan Şirəliyevin özü kimi həyat yoldaşı Şölə Şirəliyeva da hörmətli, sevilən pedaqoq kimi tanınıb. Şölə xanım Bakı Dövlət Universitetinin Xarici dillər kafedrasının dosenti olub. Onların yeganə qızları Əfsanə ata-anasına, vətəninə layiq övlad kimi böyüyüb, təhsil alıb. Əfsanə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. İxtisasına uyğun çalışır. Şulan Şirəliyevin nəvələri - onun adını daşıyan Şulan və Tamerlan da ailə ənənələrinin layiqli davamçıları kimi böyüyürlər.


Z.FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!