02 Mart 2025 08:00
2632
İQTİSADİYYAT
A- A+
Azərbaycanın enerji əməkdaşlığı qitələri aşır

Azərbaycanın enerji əməkdaşlığı qitələri aşır


Azərbaycanın neft sənayesi sahəsində qazandığı təcrübə hamıya məlumdur. Təsadüfi deyil ki, dünyanın digər neft regionlarındakı həmkarları da neftçilərimizin bacarıqlarını yüksək dəyərləndirir və onlarla təmasda olmağa, təcrübələrindən bəhrələnməyə çalışırlar. Karbohidrogenlərlə zəngin olan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri də genişlənir, birgə həyata keçirilən layihələrin sayı ildən-ilə artır.

İki onilliyə yaxındır ki, Azərbaycan həm də qaz ixrac edən ölkə kimi böyük marağa səbəb olub. Bu sahədəki nailiyyətlərimizi göstərən faktlardan yalnız onu demək kifayətdir ki, hazırda 12 ölkəyə qaz ixrac edirik və onların 10-u Avropa ölkəsidir.     

"Yaşıl gündəliy"imiz də artıq dünyaya bəllidir. Keçən ilin noyabrında ölkəmizin evsahibliyi etdiyi COP29-un sayəsində bu sahədəki uğurlarımız da bir daha hamıya məlum oldu. İndi Avropaya "yaşıl enerji" dəhlizi açmağı  hədəfləmişik. Bu sahədə də tərəfdaşlarımız çoxdur - Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə, Macarıstan, Rumıniya, Bolqarıstan... Külək və günəş-elektrik stansiyalarının inşasında isə  Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrlə tərəfdaşlıq edirik. Bir sözlə, Azərbaycanın digər ölkələrlə enerjinin ayrı-ayrı sahələri üzrə əməkdaşlığı getdikcə genişlənir və mübaliğəsiz demək olar ki, artıq qitələrin sərhədlərini aşır. Bu əməkdaşlıq əlaqələri artıq Afrikaya da uğurlu istiqamət alıb.     

Qeyd edək ki, Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə olunması üçün son dövrlər əməli tədbirlər görülür.  Onu da xatırladaq ki, hazırda Azərbaycanın sözügedən qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb.

Həmçinin Misir şirkətləri ilə əməkdaşlıq istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin keçən ilin iyun ayında Misir Ərəb Respublikasına rəsmi səfəri əməkdaşlıq  üçün yeni səhifə açdı. Belə ki, səfər çərçivəsində imzalanan sənədlər sırasında energetika və bərpaolunan enerjiyə aid oanlar da var.

Afrika qitəsi ölkələri ilə neft-qaz sahəsində əməkdaşlıq əsasən xam neftin, neft və neft-qaz  kimya məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısı üzərində qurulub. SOCAR-ın Afrika regionu üzrə əməkdaşlıqda maraqlı olduğu ölkələr  ilk növbədə Konqo Respublikası, Keniya, Ekvatorial Qvineya, həmçinin Misir, Əlcəzair, Nigeriya, Mərakeş, Liviya, Tunis, Seneqal və CAR-dır. Afrika qitəsində yerləşən bir çox ölkənin təbii minerallarla zəngin olduğu məlumdur. Odur ki, mədənçilik sahəsində də əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Konqo, Syerra-Leone, Keniya, Niger, Burkina Faso və Mali kimi ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilib və müzakirələr aparılıb.

Bu günlərdə isə SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb. Görüşdə cari il fevralın 12-də dövlətimizin başçısı İlham Əliyevlə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq  imkanları nəzərdən keçirilib.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Onu da qeyd edək ki, fevralın 12-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame  "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu mübadilə etmişlər.

Afrika qitəsi ilə yeni bir əməkdaşlıq istiqaməti də var. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-a qatılmaq  üçün Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə görüş zamanı bir sıra iqtisadi sahələrlə yanaşı, neft-qaz əməkdaşlığı  məsələləri də  müzakirə edilmişdi. Dekabrda isə Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı  Energetika Nazirliyində, SOCAR-da  olmuşdu.  Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun Azərbaycana budəfəki rəsmi səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün geniş perspektivlər açdı. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!