02 Iyul 2024 14:48
114
İQTİSADİYYAT
A- A+

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb  

 

Birləşmiş Ştatların nüfuzlu “Oil & Gas Journal” nəşri iyulun 2-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartlarına uyğun benzin və dizel istehsalı kompleksinin işə salınması barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrin SOCAR-ın məlumatına istinadla yazdığına görə, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR dizel yanacağı və “Avro-5” standartlı avtomobil benzininin istehsalı üzrə kompleksin tikintisini başa çatdırıb və onu istismara verib. Bu, zavodda istehsal olunan Aİ-92 və Aİ-95 markalı benzinin keyfiyyətini “Avro-5” standartlarına çatdırmağa imkan verib.

“Oil & Gas Journal” qeyd edib: “Bundan başqa, kompleksin istifadəyə verilməsi SOCAR-a “Avro-5” keyfiyyət standartlarına cavab verən Aİ-95 markalı benzinə olan tələbatı yerli istehsal hesabına tam ödəməyə imkan verəcək”.

İlk nüsxəsi 1902-ci ildə nəşr olunan “Oil & Gas Journal” qlobal neft və qaz sənayesində ən nüfuzlu və çox oxunan jurnaldır. Nəşrdə beynəlxalq xəbərlər, analitik, texnoloji və elmi məqalələr, habelə dünya bazarlarına dair icmallar və statistik məlumatlar dərc olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video