02 Fevral 2025 08:15
632
Mədəniyyət
A- A+
Nicatın həyat eşqinin yaradıcılıq alovu heç vaxt sönməyəcək

Nicatın həyat eşqinin yaradıcılıq alovu heç vaxt sönməyəcək


İstedad dolub-daşan çaylar və sellər kimidir. Onun qarşısını heç kim ala bilmir. Necə olursa-olsun, nə zaman olursa-olsun, gec-tez mütləq kükrəyib daşır və üzə çıxıb özünü göstərir. 

Nicat Əhmədzadə istedadlı gənclərimizdən biridir. Hələ kiçik yaşlarından incəsənət dünyasına böyük maraq göstərən Nicat hazırda Azərbaycan musiqisini dünyanın bir çox ölkəsində keçirilən festivallarda  məharətlə səsləndirir. Böyük uğurlar qazanır, diplomlara layiq görülür. 

1993-cü ildə Bakıda dünyaya göz açan Nicat 15 yaşına qədər tay-tuşları kimi yaşayıb, təhsil alıb. Həyatının qayğısız günlərini yaşayıb. 2008-ci ildən isə Nicatın gözlərində xəstəlik yaranıb, görmə qabiliyyəti getdikcə zəifləyib. Ölkəmizdəki müxtəlif xəstəxanalarda müalicə olunsa da, şəfa tapa bilməyib. Getdikcə gözləri işığını itirməyə başlayıb.

Nə qədər çətin olsa da, valideynləri - Məhiyyədin müəllim və Vəfa xanım ümidlərini üzməyiblər. Günlərin birində övladlarının xəstəliyinin sağalacağına, gözlərinin işığının qayıdacağına ümid ediblər. 2008-ci ildə onlar övladlarını Rusiya Federasiyasının Ufa şəhərinə, dünyaca məşhur olan həkimin yanına aparıblar. Nicatı müayinə edən həkim əməliyyatdan sonra valideynlərinə şad xəbər verərək onun görəcəyini bildirib. Əməliyyat otağından çıxanda da eyni sözləri təkrar edib, onlara gözaydınlığı verib. Amma əməliyyatın üstündən xeyli zaman keçsə də, həkimin dedikləri özünü doğrultmayıb. Nicatın gözlərinə işıq gəlməyib.

Buna baxmayaraq, özündə güc tapan Nicat işığa həsrət qaldığını ürəyinə salıb dərd eləməyib. Həyatına, yaşamına, təhsilinə davam edib. Yaşıdları ilə bərabər oxuyub, ali təhsil alıb. Musiqiyə böyük maraq göstərən Nicat 2009-cu ildən gözdən əlil uşaqlar üçün 38 nömrəli  musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. Bir müddət sonra isə musiqi təhsilini G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbində bəstəkarlıq ixtisası üzrə davam etdirib. Bəstəkarlığın sirlərinə dərindən bələd olduqca onun  musiqi dünyası, mənəviyyat aləmi daha da zənginləşib. 

Nicat Əhmədzadə musiqi ilə yanaşı, ulu keçmişimizə də, tariximizə də böyük maraq göstərib. Musiqiçi olmaqla yanaşı, tarixçi olmağı da arzulayıb. İstəklərinə qovuşmaq üçün 2012-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2017-ci ildə universiteti uğurla başa vurub. 

Universiteti bitirəndən sonra da Nicat musiqi təhsilini davam etdirib. O, Milli Konservatoriyanın nəzdindəki Asəf Zeynallı adına musiqi kollecində oxumağa başlayıb. Musiqinin sirlərinə daha dərindən yiyələnib. Kollecdə musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alıb. Bu sahədəki biliklərini daha da təkmilləşdirib. 

Nicat Əhmədzadə 2023-cü ildə musiqi müəllimlərinin işə qəbul imtahanının test mərhələsində respublika üzrə ən yüksək nəticəni göstərib. Gənc musiqiçi hazırda gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində musiqi nəzəriyyəsi müəllimi işləyir. Musiqinin sirlərini böyük həvəs və sevgi ilə gənclərə öyrədir.

Nicat Əhmədzadə həm də bir-birindən gözəl musiqilər bəstələyir. Bu günə qədər 10-dan çox musiqi yazıb. Onun bəstələdiyi musiqilər dəfələrlə Qara Qarayev adına dövlət kamera orkestri tərəfindən ifa olunub. Əsərlərinin ifası zamanı Nicat solist kimi özü də səhnədə fortepianoda ifa edib. Nicat Əhmədzadə 16 noyabr 2018-ci ildə  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə fortepiana ifasına görə  diploma layiq görülüb.

Gənc bəstəkar dünyanın ayrı-ayrı ölkələrində keçirilən festivallarda Azərbaycan musiqisini təbliğ edib. İfa etdiyi musiqi iştirakçılar tərəfindən böyük sevgi ilə qarşılanıb. 19-30 iyun 2019-cu ildə Almaniyada keçirilən Birinci Dünya Musiqi Festivalında Nicat uğurla çıxış edib. Buna görə ona festivalın diplomu təqdim olunub.

27 dekabr 2019-cu ildə "Gənclərə dəstək" layihəsi və "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi tərəfindən birgə təşkil olunmuş IX Milad-Dostluq Festivalı da Nicat Əhmədzadə üçün çox yaddaqalan olub. Nicat bu festivaldakı uğurlu çıxışına görə diplom alıb.

İldən-ilə, gündən-günə uğurlarını artıran Nicat 17 dekabr 2020-ci ildə "Billur Ulduz" Praqa Beynəlxalq Sənət Festivalının da iştirakçısı olub. Dünyanın böyük maraqla izlədiyi bu festivaldan da gənc bəstəkar uğurlu çıxışlarına görə layiq görüldüyü diplomla qayıdıb. Bundan başqa, Nicatın bəstələdiyi musiqi əsərləri 2019-cu ildə Almaniyada və Gürcüstanda keçirilən musiqi festivallarında səsləndirilib və bəyənilib.

Nicat Əhmədzadə 2022-ci ilin noyabr ayında ailə həyatı qurub. İndi oğul atasıdır.

Gözlərinin işığını itirsə də, Nicatın həyat eşqinin yaradıcılıq alovu heç vaxt sönməyəcək. Bir-birindən dəyərli, gözəl musiqilər bəstələyəcək. Böyük həvəslə yazıb-yaradan Nicat deyir ki, musiqi onun mənəvi dünyasıdır, o, bu dünyada özünü çox rahat hiss edir. 

Nicat hələ gəncdir. İnanırıq ki, o, hələ bundan sonra da bir-birindən gözəl əsərlər bəstələyəcək, Azərbaycan musiqisini dünyada layiqincə təbliğ edəcək. Həmişə xarici ölkələrdə keçirilən festivallardan diplomlarla, mükafatlarla qayıdacaq. Qazandığı uğurları ilə yaxınlarını və doğmalarını sevindirəcək, musiqi tariximizdə dərin izlər qoyanlardan biri olacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib  

11:59
08 Mart

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

11:26
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!