19 May 2026 19:22
92
CƏMİYYƏT
A- A+
Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib

Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib



Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə, bu sahədə işəgötürənlərin məsuliyyət çərçivəsinin daha aydın müəyyən olunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qanunvericilik aktları dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq yarımbəndinə əsasən hazırlanaraq qəbul edilib.

Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda edilmiş yeni dəyişikliklərə əsasən:

- işçilərin sağlamlıq haqqında tibbi arayış olmadan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri və qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerləri üzrə, narkoloji tibb müəssisəsinin tibbi müayinə (tibbi yoxlama) barədə rəyi olmadan isə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilməsi qadağan edilir;

- narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməlidirlər;

- narkoloji xəstələrin işləməsinə məhdudiyyət qoyulmuş iş yerləri üzrə narkoloji xəstə ilə əmək müqaviləsi bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə icbari tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradə və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək;

- qeyd olunan peşə növləri və vəzifələrdə çalışan işçilər işəgötürənin hesabına Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”na uyğun olaraq vaxtaşırı, habelə işçinin fəaliyyəti zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olması müşahidə edildikdə və ya buna əsaslı şübhələr yarandıqda o, əsaslandırılmaqla dərhal müvafiq icbari tibbi müayinədən (tibbi yoxlamadan) keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi 8,4 faiz artıb

19:43
19 May

Kumho Tire Azərbaycanda infosessiya keçirib

19:37
19 May

İran lideri ABŞ-yə qarşı yeni cəbhələr açacağı ilə hədələyir

19:28
19 May

Kənddə park salınır

19:26
19 May

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib  

19:24
19 May

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

19:24
19 May

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib  

19:23
19 May

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

19:23
19 May

Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib

19:22
19 May

Məsud PEZEŞKİAN: “Müharibənin nəticələri uzunmüddətli struktur islahatları tələb edir”  

19:20
19 May

Kaliforniyada İslam Mərkəzinə silahlı hücum nəticəsində üç nəfər həlak olub

19:18
19 May

Qarabağ və Şərqi Zəngəzurda daha 9 su anbarı tikiləcək

19:17
19 May

Prezident: İran heç bir qüvvəyə boyun əyməyəcək

19:13
19 May

Tramp 3 dövlətin xahişi ilə İrana zərbələri ləğv edib

19:07
19 May

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək  

19:05
19 May

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

19:04
19 May

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

19:02
19 May

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

18:59
19 May

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

18:48
19 May

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

18:34
19 May

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır  

18:27
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!