19 May 2026 19:37
100
CƏMİYYƏT
A- A+
Kumho Tire Azərbaycanda infosessiya keçirib

Kumho Tire Azərbaycanda infosessiya keçirib


Cənubi Koreyanın tanınmış təkər istehsalçısı “Kumho Tire” Azərbaycanda media nümayəndələri və tərəfdaşları üçün infosessiya təşkil edib. Tədbir brendin Azərbaycandakı rəsmi distribütoru “Radius” şirkətində baş tutub.

İnfosessiyada “Kumho Tire”nin qlobal fəaliyyəti, istehsal texnologiyaları, məhsul çeşidi və Azərbaycan bazarındakı inkişaf strategiyası təqdim olunub. Şirkət nümayəndələri çıxışlarında vurğulayıblar ki, məhsulları artıq 180-dən çox ölkəyə ixrac olunur və brendin istehsal müəssisələri Koreya, ABŞ, Çin və Vyetnamda fəaliyyət göstərir. Bununla yanaşı, Polşanın Opole şəhərində Avropada yeni zavodun tikintisi davam edir. Yeni layihə 2028-ci ilə qədər illik istehsal həcmini 78 milyon təkərə çatdırmağa imkan verəcək.

Şirkətin Koreya, ABŞ, Almaniya və Çində 5 tədqiqat və inkişaf (R&D) mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə təhlükəsiz və etibarlı təkər həllərinin hazırlanması istiqamətində iş aparılır. “Kumho Tire” minik avtomobilləri, SUV-lər, yüngül kommersiya nəqliyyatı, yük maşınları və avtobuslar üçün təkərlər istehsal edir. Şirkət həmçinin “Volkswagen”, “Skoda”, “Mercedes-Benz”, “BMW”, “Stellantis”, “Hyundai” və “Kia” kimi avtomobil istehsalçıları ilə əməkdaşlıq edir.

“Kumho Tire” Azərbaycanda 2008-ci ildən “Kumho” və “Marshal”  brendləri ilə təmsil olunur. “Radius”  şirkəti 2020-ci ildə “Marshal” brendi ilə “Kumho”nub  qlobal tərəfdaş şəbəkəsinə qoşulub, 2023-cü ildən isə həm “Marshal”, həm də “Kumho” brendlərinin rəsmi biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Hazırda “Radius” avtomobil təkər mərkəzlərində “Kumho”  məhsullarının satışı və peşəkar təkər xidmətləri həyata keçirilir. Şirkətin portfelində 450-dən çox məhsul çeşidi mövcuddur ki, bunlar yay, qış, dörd mövsüm və multi-iqlim şəraitinə uyğun olaraq istehsal edilir.

“Kumho”  nümayəndələri qeyd ediblər ki, Azərbaycan bazarında minik avtomobilləri və SUV-lər üçün “Touring”, “All-Season” və “M+S” təkərlərinə maraq daha yüksəkdir. Bu təkərlər mövsümi dəyişikliklərə uyğunlaşma və gündəlik istifadə baxımından sürücülər üçün praktik seçim hesab olunur.

Şirkət Azərbaycan bazarında müştəri gözləntilərini və sürüş ehtiyaclarını izləməyi davam etdirir və yenilənən məhsul çeşidləri, mövsümi təkər həlləri və texnoloji yeniliklər barədə mütəmadi məlumat verməyi planlaşdırır. “Kumho Tire” Azərbaycanda texnologiya, təhlükəsizlik, əlçatan keyfiyyət və müştəri məmnuniyyəti istiqamətində mövqeyini möhkəmləndirməyi hədəfləyir.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan


 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzərEnerji” və “Azərişıq” WUF13-də Azərbaycanın enerji sistemini təqdim edir

20:09
19 May

AZSTAND tekstil avadanlıqlarına dair yeni dövlət standartları qəbul edib

20:03
19 May

Şuşada xarici investorların iştirakı ilə yeni turizm layihələri hazırlanır

19:51
19 May

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi 8,4 faiz artıb

19:43
19 May

Kumho Tire Azərbaycanda infosessiya keçirib

19:37
19 May

İran lideri ABŞ-yə qarşı yeni cəbhələr açacağı ilə hədələyir

19:28
19 May

Kənddə park salınır

19:26
19 May

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib  

19:24
19 May

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

19:24
19 May

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib  

19:23
19 May

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

19:23
19 May

Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib

19:22
19 May

Məsud PEZEŞKİAN: “Müharibənin nəticələri uzunmüddətli struktur islahatları tələb edir”  

19:20
19 May

Kaliforniyada İslam Mərkəzinə silahlı hücum nəticəsində üç nəfər həlak olub

19:18
19 May

Qarabağ və Şərqi Zəngəzurda daha 9 su anbarı tikiləcək

19:17
19 May

Prezident: İran heç bir qüvvəyə boyun əyməyəcək

19:13
19 May

Tramp 3 dövlətin xahişi ilə İrana zərbələri ləğv edib

19:07
19 May

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək  

19:05
19 May

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

19:04
19 May

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

19:02
19 May

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

18:59
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!