19 May 2026 19:23
87
CƏMİYYƏT
A- A+
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib  

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib  


Mayın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı müzakirəyə təqdim edilib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı təqdim olunur. O, Azərbaycanda gender bərabərliyinin təmin olunmasının və dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə xüsusi rolunu vurğulayıb.

Komitə sədri ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamikanın olduğunu, idarəetmə və qərar qəbuletmədə qadınların iştirakçılığının artmasının müşahidə edildiyini söyləyib. O, bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirildiyini, tədbirdə qadın iştirakçılığının, onların prosesə verəcəyi töhfələrin, dövlətlər qarşısında dayanan öhdəliklərin geniş müzakirə edildiyini bildirib.

Hicran Hüseynova Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bir çox yeni istiqamətlərin əks olunduğunu qeyd edərək, bütövlükdə hesabat ilində görülən işləri yüksək qiymətləndirib. Sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə ətraflı təhlillərin aparıldığını, təklif və tövsiyələrin hazırlandığını vurğulayıb. Məlumatda, habelə qarşıda duran vəzifələrin, həllini gözləyən məsələlərin yer aldığını bildirib.

Sonra iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası sahəsində fəaliyyət barədə illik məlumatın hazırlandığı zaman aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə gördüyü işlərlə bağlı məlumatlarından istifadə edildiyini söyləyib.

Bildirilib ki, məlumatda hesabat ilində dövlət komitəsi tərəfindən erkən evliliyin inzibati-ərazi bölgüsü üzrə xəritənin hazırlanması, yetkinlik yaşına çatmayanlar arasında intihar hallarına səbəb olan faktorlar, sosial-iqtisadi səbəblərin ailə institutuna təsiri, yeniyetmələrin hüquq düşüncələrinin formalaşması ilə bağlı təhlillərin aparıldığı qeyd olunur. Ölkədə qadınlar üçün iqtisadi imkanların genişləndirildiyi, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara dəstəyin artırıldığı, sosial və ictimai-siyasi həyatda qadınların mövqeyinin möhkəmləndirildiyi öz əksini tapıb. Bununla yanaşı, ailə institutunun qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həyata keçirilən layihələr, maarifləndirmə tədbirləri, habelə məişət zorakılığının qarşısının alınması istiqamətdə atılan addımlar, digər bir sıra məsələlər barədə geniş məlumat verilib.

Milli Məclisin deputatları hesabat ili ərzində görülən işləri müsbət qiymətləndirərək, təkliflərini səsləndiriblər.

Parlamentin komitə sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər.

Müzakirələrin yekununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada xarici investorların iştirakı ilə yeni turizm layihələri hazırlanır

19:51
19 May

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi 8,4 faiz artıb

19:43
19 May

Kumho Tire Azərbaycanda infosessiya keçirib

19:37
19 May

İran lideri ABŞ-yə qarşı yeni cəbhələr açacağı ilə hədələyir

19:28
19 May

Kənddə park salınır

19:26
19 May

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib  

19:24
19 May

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

19:24
19 May

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib  

19:23
19 May

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

19:23
19 May

Nazirlik: Yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə yönəlib

19:22
19 May

Məsud PEZEŞKİAN: “Müharibənin nəticələri uzunmüddətli struktur islahatları tələb edir”  

19:20
19 May

Kaliforniyada İslam Mərkəzinə silahlı hücum nəticəsində üç nəfər həlak olub

19:18
19 May

Qarabağ və Şərqi Zəngəzurda daha 9 su anbarı tikiləcək

19:17
19 May

Prezident: İran heç bir qüvvəyə boyun əyməyəcək

19:13
19 May

Tramp 3 dövlətin xahişi ilə İrana zərbələri ləğv edib

19:07
19 May

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək  

19:05
19 May

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

19:04
19 May

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

19:02
19 May

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

18:59
19 May

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

18:48
19 May

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

18:34
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!