23 İyul 2026 12:42
158
Mədəniyyət
A- A+
Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupun ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda mədəniyyət naziri Adil Kərimli, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, Konsepsiyanın Tədbirlər Planı üzrə əsas icraçı qurumların nazir müavinləri və digər səlahiyyətli nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbər şəxsləri, eləcə də Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən İşçi qrupunun rəhbəri, mədəniyyət naziri Adil Kərimli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının milli mədəniyyət siyasətinin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd olduğunu bildirib.

Nazir “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxışında Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması və mədəniyyət sahəsinin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Konsepsiyanın icrası prosesində əsas icraçı qurumların üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.

Daha sonra Konsepsiyanın icrası ilə bağlı nazirlikdaxili İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova Konsepsiyanın icrası çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Nazir müavini Tədbirlər Planında nəzərdə tutulan 84 genişmiqyaslı tədbirin icrasının əlaqələndirilməsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını, monitorinq və hesabatlılıq sisteminin formalaşdırıldığını bildirib.

Nazirlikdaxili İşçi qrupunun rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov Nazirlər Kabinetinin müvafiq Sərəncamına dair təqdimatla çıxış edərək, sənəddən irəli gələn vəzifələr, müəyyən edilmiş icra müddətləri və aidiyyəti qurumlar arasında əlaqələndirmə mexanizmləri barədə məlumat verib.

İclas çərçivəsində ekspert Nazlı Əhmədovanın Konsepsiyanın ümumi məzmunu və əhatə etdiyi əsas istiqamətlər barədə təqdimatı dinlənilib. Həmçinin İşçi qrupunun üzvlərindən elm və təhsil nazirinin müavini Həsən Həsənli, iqtisadiyyat nazirinin müavini Azər Bayramov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli, eləcə də aidiyyəti dövlət qurumlarının digər rəhbər şəxsləri çıxış edib, Konsepsiyanın məqsəd və hədəflərinə nail olunması üçün prioritet istiqamətlər üzrə nəzərdə tutulan işlərin ardıcıl icrasının, qurumlararası əlaqələndirmənin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib. Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb.

İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb

14:57
23 İyul

Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib

14:56
23 İyul

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb

14:47
23 İyul

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

14:41
23 İyul

Dövlət Neft Fondunun qızıl ehtiyatları 178 min ton olub

14:24
23 İyul

Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub

14:18
23 İyul

Dövlət Neft Fondunun aktivləri açıqlanıb

14:05
23 İyul

Emin Ağalarov: Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir

13:12
23 İyul

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

12:42
23 İyul

Azərbaycanın marşrut coğrafiyasını genişləndirməsi Orta Dəhlizi Avrasiya ticarətinin aparıcı xəttinə çevirir

12:29
23 İyul

Sabah Bakıda hava günəşli olacaq

12:14
23 İyul

IEA: Bu il qlobal elektrik enerjisinə tələbat 3,6 faiz artacaq

11:47
23 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:36
23 İyul

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 33 min 120 plan yeri ayrılıb

11:34
23 İyul

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb

11:23
23 İyul

Lavrov və Rubio Ukrayna nizamlanmasını və ikitərəfli münasibətləri müzakirə ediblər

11:19
23 İyul

Peşə təhsili müəssisələrinə qəbul prosesi başlayıb

11:14
23 İyul

Azərbaycan - Almaniya strateji tərəfdaşlığında yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti

11:08
23 İyul

Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

11:03
23 İyul

Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib

10:52
23 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:35
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!