23 İyul 2026 09:25
200
Mədəniyyət
A- A+
"Göylərə baş çəkir Göyəzən dağı"

"Göylərə baş çəkir Göyəzən dağı"


Azərbaycanın qərb bölgəsində iki rayonda Göyəzən dağı var - biri Qazaxda, digəri isə Tovuzun Bala Şamlıq kəndində. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da mövcuddur.

Qazax rayonundakı Göyəzən dağı çox məşhurdur. Azərbaycanın milli tarixi irsini özündə yaşadan bu dağ haqqında maraqlı rəvayətlər söylənilir. Göyəzən dağı rayon mərkəzindən 20 km aralıda - Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Mənbələrin məlumatına görə, bu nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qərb bölgəsinin əhalisi, xüsusən də qazaxlılar bu dağa böyük istəklə, rəğbətlə yanaşırlar. Zirvəsi nisbətən düzən olub. geniş meydançanı xatırladır. Burada Orta əsrlərə aid 7 bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir.

Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insan yaşayışı məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə, qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması ehtimal edilir. 

Göyəzən dağının adı, daha doğrusu, toponimi barədə yozmalar çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə "Küy əzən" kimi izah edirlər. Şairlərin, yazıçıların fikirincə isə dağın adı "göy dələn", "göyə baş vuran", "göy əzən" mənalarını verir. Göyəzən qərbdə Günən dağından ("Günən" qədim türk dilində "gün enən", "gün batan" deməkdir), şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir. Ölməz şairimiz Səməd Vurğun   Qazaxa yolu düşəndə mütləq dağı gəzməyə gələrmiş. Ana təbiətimizin bu əsrarəngiz abidəsindən zövq alaraq "Göyəzən" dağına həsr etdiyi şeirindən dodaqaltı zümzümə edərmiş.

Göyəzən dağı ilə bağlı rəvayətlər, yozumlar da çoxdur. Maraq üçün birini diqqətinizə çatdıraq: Söyləyirlər ki, 1947-ci ilin payızında Səməd Vurğunla Mirzə İbrahimov Daş Salahlı kəndində ova gedirlər. Dan ağarmamışdan yola düşən ovçular Avey dağının sıldırımlığına çatanda artıq üfüqlər açılır. Kürdən başlayıb başıqarlı dağların ətəklərinə qədər uzanıb gedən çöllərə, tarlalara heyranlıqla tamaşa edirlər. Təbiətin əsrarəngiz gözəlliklərindən və göylərə baş çəkən Göyəzəndən doymayan Səməd Vurğun:

- Ayə, ora bax, ora bax, Göyəzən dağı! - deyə fəxrlə, sevinclə qələm dostuna dağı göstərir.

Mirzə İbrahimov deyir:

- Ay Səməd, şeirində "Göyəzən dağı" oxuyanda elə bilmişdim ki, Şahdağdan, Elbrusdan ucadır. Bu ki, təpə imiş...

Səməd Vurğun dərhal hazırcavablıqla deyir:

- Ayə, mənim böyüklüyüm ondadır ki, təpəni dağ kimi tərənnüm edirəm... Sən dağı təpə eləyənlərdən qorx...

Qazax qədim memarlıq və incəsənət abidələri ilə zəngindir. Rayonda qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə mövcuddur. Bunlardan 56-sı arxeoloji, 45-i memarlıq, 6-sı monumental tarixi, 5-i dekorativ-tətbiqi incəsənət abidəsidir. Bu yerləri ziyarət edən qonaqlar, xüsusən turistlər Göyəzənin maraqlı tarixi ilə tanışlıqdan məmnun olurlar.  


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!