26 May 2024 10:10
1832
Mədəniyyət
A- A+
Naxçıvanda modern sənət ocağı

Naxçıvanda modern sənət ocağı

 

...O gün həyatının ən unudulmaz, ən fəxarətli, ən həyəcanlı günü idi... 
Ürəyində sevinc, qürur, qorxu hissi bir-birinə qarışmışdı, təlatümlər yaşayırdı. Böyük ümidlərlə yaratdığı "Altai" teatrının səhnəyə qoyduğu tamaşanın necə qarşılanacağını bədənini bürüyən həyəcan titrəyişi ilə izləyir, nigaranlıqla öz-özü ilə dialoq aparırdı: "Görəsən, tamaşa bəyəniləcəkmi?",  "Bəs, birdən bəyənilməsə?..",  "...Yox-yox, o zaman bütün arzularım, xəyallarım, ümidlərim puç olar..."
Lakin bu an zalda qopan sürəkli alqış sədalarını eşitməsi ilə gənc qadının beynində apardığı bu çək-çevirlərə də birdəfəlik son qoyulmuş, o, sevinc göz yaşlarına boğulmuşdu: "Bilirsiniz, o an sanki özümü dünyanın ən bəxtəvəri, xoşbəxti sandım. Tamaşaçıların reaksiyası, dəqiqələrlə ayaqüstə durub aktyorları alqışlaması da göstərirdi ki, möhtəşəm bir iş ortaya qoymuşuq..."

 

Ən böyük mükafat - tamaşaçı alqışları 

 

Bu il mayın 5-də Naxçıvanda "Altai" adlı yeni və müasir üsluba malik teatrın fəaliyyətə başlaması sənət cameəsi tərəfindən maraqla qarşılandı. Ulu diyarımız Naxçıvanın 100 illiyinin qeyd edildiyi, eləcə də Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günü ərəfəsində teatrsevərlərin görüşünə "Xəyanət" adlı psixoloji, fəlsəfi, dramatik üslublu əsərlə gələn "Altai" teatrı böyük əks-səda doğurdu, teatrın ilk performansı tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 
Əməkdar artist, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru, yeni fəaliyyətə başlayan "Altai" teatrının rəhbəri Nurbəniz Niftəliyeva bizimlə söhbətində danışır ki, yeni yaratdığı  teatrın kollektivi ilə düz bir il bu tamaşaya hazırlaşıblar. Bəzən həvəsdən düşdükləri, haradasa yorulduqları günlər də olub, amma heç zaman inamlarını itirməyiblər: "Şəxsən özümün tərəddüdlərim var idi ki, birdən tamaşa uğurlu alınmaz, tamaşaçı onu qəbul etməz... Amma yenə də yolumdan dönmədim, sona qədər çalışdım və zəhmətimin müqabilində qazandığım tamaşaçı alqışları isə ən böyük mükafatım oldu. Bu həm də sübut etdi ki, mən bu işi bacardım". 
Rejissor deyir ki, bu gün istər dünyada, istər Azərbaycanda olsun, bir-birindən fərqli janrda fəaliyyət göstərən müstəqil teatrlar yaranır. Orijinal üslublu bu tip teatr yaratmaq onun da çoxdankı arzusu olub. Amma yalnız müəyyən təcrübələrə yiyələnəndən, öz sənət potensialına güvənəndən sonra bu addımı atmağa, Naxçıvanda müstəqil teatr yaratmağa qərar verib: "Teatr kollektiv sənət olduğu üçün bir komandaya ehtiyacım var idi. Amma əvvəlcə komandamda görmək istədiyim insanları bu işi bacaracağına və onlara uğur vəd edəcəyinə inandırmalı idim. Şükür Allaha ki, onlar mənə güvəndilər, inandılar və bunun sayəsində sevdiyim sənət insanlarını ətrafıma toplaya bildim. Elə bu peşəkar kollektivlə də əl-ələ verərək "Altai" teatrında ilk uğurlu nəticəmizi qazandıq". 

 

Uğur illəri 

 

1984-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində doğulan Nurbəniz Nurəddin qızı Niftəliyevanın məhz kiçik yaşlarından səhnəyə könül verməsi onun sonrakı illərdə teatrda uğurlar qazanmasına ən böyük vəsilə olur. Balaca Nurbənizin bağça, məktəb yaşlarından səhnələrdə şeir söyləməsi, müsabiqələrdə qalib gəlməsi, rayon tədbirlərində fəal iştirak etməsi, səhnəciklərdə rol alması hər kəsin, xüsusilə də müəllimlərinin diqqətini cəlb edirdi. Bu qızın yaradıcılıq qabiliyyətinin böyük gələcək vəd etdiyi hələ o zamanlardan aydın görünürdü. 
2004-2007-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun bədii yaradıcılıq və rejissorluq ixtisasında, 2014-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Solo oxuma ixtisasında təhsil alan Nurbəniz Niftəliyeva C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 
2011-ci ildə Naxçıvana dönərək Naxçıvan Dövlət Musiqili Dram Teatrında (hazırda Naxçıvan Dövlət Milli Dram Teatrı) aktrisalıq fəaliyyətini davam etdirir. Eyni zamanda burada bir çox tamaşalarda ikinci rejissor kimi də fəaliyyət göstərir. 2015-ci ildən etibarən Naxçıvan Dövlət Uşaq Teatrında quruluşçu rejissor kimi işə başlayır. 
Nurbəniz Niftəliyeva adı tamaşaçılara teatrda oynadığı müxtəlif obrazlardan, rejissor olaraq səhnəyə qoyduğu fərqli üslublara malik tamaşalardan tanışdır. 
Peşəkar aktrisa və rejissor Naxçıvan Dövlət Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin pyesləri əsasında "Ölülər" və "Dəlilər" tamaşasının rejissoru, Hüseyn Cavidin "Xəyyam" əsərinin həm rejissoru, həm rəqslərin quruluşçusu, həm də "Sevda" obrazının ifaçısı olub. Əli Əmirlinin "Varlı qadın" əsərində həm rejissor olub, həm  "Qadın" rolunu ifa edib. Həmçinin Moris Meterlinkin "Göy quş" əsərinin rejissoru olub və burada "Pişik" rolunu canlandırıb. 
Eyni zamanda Naxçıvan Dövlət Uşaq Teatrında "Bugünün çay dəstgahı", "Bizə dovşan və meşəbəyi lazımdır", "Kosanın toyu", "Doktor Aybolit və dostları" kimi xeyli sayda tamaşaların rejissoru olub. "Danışan kukla" və "Balaca şahzadə" tamaşalarına isə rejissorluq etməklə yanaşı, "Şahzadə qız" və ""Balaca şahzadə" rollarını da özü oynayıb. 

 

Yeni səhnə, maraqlı obrazlar

 

2007-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayan Nurbəniz Niftəliyeva xeyli sayda tamaşada səhnəyə çıxdığı, bir-birindən maraqlı obrazları canlandırdığı bu məkanı sənətinə yön verən mayak adlandırır.  
N.Niftəliyeva söyləyir ki, 2011-ci ildə rejissor Nəsir Məmmədzadənin və həmin vaxt Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevin dəvəti ilə Naxçıvana qayıdaraq sözügedən teatrda aktrisalıq fəaliyyətini davam etdirir. 
Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nurbəniz Niftəliyevanın canlandırdığı ilk obrazı "Kəllə" tamaşasında "Dalbanezonun qızı" olur və tamaşaçılar tərəfindən çox maraqla qarşılanır, onun səhnəyə gəlişi Naxçıvanda yaxşı mənada səs-küyə səbəb olur, hər kəs gənc aktrisaya maraq göstərməyə başlayır: "Burada işlədiyim dövrdə həm də universitetdə təhsil alırdım. Eyni zamanda yavaş-yavaş rejissor kimi də fəaliyyətə başlamışdım. Əməkdar artist Tofiq Seyidovla birlikdə səhnəyə çox uğurlu, maraqlı tamaşalar qoyurduq və tamaşaçılar işimizi təqdir edirdilər. Teatrda rejissor kimi də fəaliyyət göstərdiyim üçün o zaman rəhbərlik bunu qiymətləndirdi və mənim Naxçıvan Dövlət Uşaq Teatrının rejissoru kimi fəaliyyət göstərməyimə şərait yaratdı. Beləliklə, 2015-ci ildən bu günə qədər həmin teatrın quruluşçu rejissoruyam". 
Nurbəniz Niftəliyeva onu da xüsusi vurğulayır ki, sənət uğurlarına stimul verən  əsas məqamlardan biri isə üzərində daim dövlətin diqqətini hiss etməsi olub: "2014-cü ildə gənc yaşımda Prezident mükafatına layiq görüldüm, bu, mənim ilk böyük uğurum idi. Ümumiyyətlə, həmin illərdə bir-birinin ardınca xeyli müvəffəqiyyətlər qazandım. 2019-cu ildə Türkiyənin Qars şəhərində qastrolda olarkən eşitdim ki, Əməkdar artist adı almışam. Dövlətimizin, Prezidentimizin layiq gördüyü bu ad məni gələcəyə doğru daha da inamla, əzmlə çalışaraq fəaliyyət göstərməyə həvəsləndirdi". 

 

Onun "Altai" zirvəsi

 

Özünü anladığı gündən teatra könül verən Nurbəniz Niftəliyevanın bu sahədəki uğur yolunun zirvəsi isə "Altai" adlı yeni teatr yaratması olur. Adında ucalığı, zirvəni, türkçülüyü ehtiva edən "Altai" teatrını yaradana, necə deyərlər, bu peşədə "bişib" peşəkarlaşana qədər isə Əməkdar artist bu sənətdə çətin və bir o qədər də maraqlı yol qət etməli olur. 
 2024-cü il mayın 5-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində "Altai" teatrının təqdimatında rejissor Nurbəniz Niftəliyevanın quruluşunu verdiyi "Xəyanət" tamaşası oynanılır. Tamaşada həm gənc, həm də sözünü demiş peşəkar aktyorlar iştirak edir. Əsərin müəllifi Rza Zeynalov Şahin, Naxçıvan Dövlət Flarmoniyasının rəqqasəsi, aktrisa Zəliha Hüseynquliyeva Afət obrazını canlandırır. 
Nurbəniz Niftəliyeva deyir ki, tamaşa çox uğurlu alındı və izləyənlərinin böyük diqqətinə, marağına səbəb oldu: "Saysız-hesabsız təbriklər aldıq, kollektiv olaraq çox sevindik. İlk iş, ilk addımdan uğur, böyük məna kəsb edir. Əgər uğursuz alınsaydı, növbəti addımımızı ata bilməzdik. Təbii ki, tənqidlər də oldu və bütün bunlar ümumilikdə bizim işimizə göstərilən, diqqət və marağın təzahürü idi..." 
Naxçıvanda müstəqil, modern üslubda yaradılan "Altai" teatrı elə "Xəyanət" adlı ilk tamaşası ilə qazandığı rəğbətdən ruhlanaraq qarşıda da yeni-yeni əsərlərlə teatr seyrçilərinin görüşünə gəlmək, istər dramatik, istər komediya janrında səhnəyə qoyduğu əzbərpozan tamaşaları ilə izləyicilərinin qəlbini fəth etmək istəyir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!