04 İyul 2026 08:25
230
SİYASƏT
A- A+
NATO-nun Ankara sammitindən nələr gözlənilir

NATO-nun Ankara sammitindən nələr gözlənilir


Qlobal geosiyasi nizam son onilliklərin ən dinamik və həlledici transformasiya dövrünü yaşayır. Bu transformasiyanın ən mühüm dayanacağı isə yaxın günlərdə - iyulun 7-8-də Ankarada reallaşacaq NATO sammiti olacaq. 

Keçən il Haaqada qəbul olunan tarixi qərarlar bu sammitdə həyata keçiriləcək. Bununla da hərbi və siyasi aləmdə "NATO 3.0" adlandırılan tamamilə yeni bir dövr başlayır. Masa üzərindəki genişmiqyaslı mövzular Ukraynaya davamlı dəstəkdən tutmuş Avropanın müdafiə sənayesinin gücləndirilməsinə və yeni maliyyə sistemlərinin qurulmasına qədər böyük bir sahəni əhatə edir.

Ankara sammiti Türkiyə üçün də rəmzi və tarixi əhəmiyyət kəsb edir. Bu, 2004-cü ildə keçirilən və Alyansın qlobal böhranların idarə edilməsi modelinə ("NATO 2.0") keçidini rəsmiləşdirən İstanbul sammitindən tam 22 il sonra ölkədə keçirilən ikinci ən böyük NATO tədbiridir. Əgər İstanbulda diqqət mərkəzində Əfqanıstan və İraq missiyaları, eləcə də Yaxın Şərqlə tərəfdaşlıq idisə, Ankara tamamilə yeni reallıqların - Rusiya-Ukrayna münaqişəsinin, Çinin hərbi yüksəlişinin, kiberhücumların və hibrid təhdidlərin doğurduğu çağırışların müzakirə platforması olacaq.

Bu təkamülün ana xəttini, yəni "NATO 3.0"-a keçidi şərtləndirən əsas amil isə transatlantik yük bölgüsünün kökündən dəyişməsidir. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqtonun Avropanın müdafiə xərclərinə dair tələbləri daha da sərtləşib. ABŞ öz strateji resurslarını Asiya-Sakit okean bölgəsinə yönəltməyə və Çinə qarşı durmağa fokuslandığı üçün Avropa artıq öz təhlükəsizliyinin əsas maliyyə yükünü öz üzərinə götürməlidir. Haaqa Zirvə görüşündə qəbul edilmiş və üzv dövlətlərin 2035-ci ilə qədər hərbi xərclərini ÜDM-in 5 faizinə çatdırmağı hədəfləyən yol xəritəsi məhz bu məcburiyyətin nəticəsidir.

Ev sahibi qismində çıxış edən Türkiyə sammitin gündəliyinə həm regional, həm də qlobal təhlükəsizlik prizmasından yanaşır. İstanbulda başa çatan NATO Parlament Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı "hərtərəfli yanaşma" prinsipi Ankaranın bu sammitdəki əsas kompası olacaq. Türkiyə İran, Fars körfəzi və Fələstindəki prosesləri diqqətdə saxlamaqla yanaşı, Pakistan və Qətərlə birgə ABŞ və İran arasında davamlı atəşkəsin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir. 

Lakin Ankaranın müttəfiqlərindən gözləntiləri də az deyil. Türkiyə terrorizmlə mübarizədə konkret dəstək istəyir və müttəfiqləri tərəfindən tətbiq olunan silah qadağaları ilə ixrac məhdudiyyətlərinin tamamilə aradan qaldırılmasını israrla müdafiə edir. Prezident R.T.Ərdoğanın da qeyd etdiyi kimi, çətinliklərə qalib gəlmək üçün müttəfiqlər həm xərcləri ədalətli bölüşməli, həm də hərbi ticarətdəki maneələri aradan qaldırmalıdırlar.

Ankara sammitini digərlərindən fərqləndirəcək ən böyük sürprizlərdən biri isə okeanın o tayından - Kanadadan gəlir. Baş nazir Mark Karninin təşəbbüsü ilə Kanada sammitdə yeni "Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı"nın yaradılmasını elan etməyə hazırlaşır. Ankarada bu layihəyə qoşulacaq ilkin 10 ölkənin adı məlum olacaq.

Təxminən 100 milyard funt-sterlinq (133 milyard dollar) həcmində maliyyə vəsaiti toplamağı hədəfləyən bu bank ABŞ-nin rəhbərlik etdiyi ənənəvi dünya nizamının zəiflədiyi bir vaxtda "orta güclər"in özünümüdafiə ittifaqı kimi qiymətləndirilir. Bankın Avropa bazasına Lüksemburq evsahibliyi edəcək. Türkiyə, İtaliya, İspaniya, Belçika və Ukrayna bu təklifi ciddi nəzərdən keçirir, Almaniya isə prosesi müşahidəçi qismində izləyir. Layihə artıq "ÆPMorgan", "Deutsche Bank" və "RBC" kimi qlobal maliyyə nəhənglərinin dəstəyini qazanıb. Maraqlıdır ki, Böyük Britaniya, Niderland və Finlandiya bu təşəbbüsə qoşulmaqdansa, öz birgə layihələrini inkişaf etdirməyə üstünlük verirlər ki, bu da Avropa daxilində fərqli maliyyə axtarışlarının göstəricisidir.

Göründüyü kimi, NATO-nun Ankara sammiti, sadəcə, hərbi strategiyaların müzakirə edildiyi bir tədbir olmayacaq, o həm də müdafiə sənayesində ticarət maneələrini aradan qaldırmaq istəyən Türkiyənin, yeni qlobal maliyyə sistemi təklif edən Kanadanın və öz taleyini özü həll etməyə çalışan Avropanın ortaq gələcək axtarışı olacaq. NATO-nun Ankara sammitində qəbul ediləcək tarixi qərarlar həm Alyansın daxili strukturunu, həm də gələcək onilliklərdə qlobal təhlükəsizlik xəritəsini yenidən cızacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!