04 İyul 2026 01:05
837
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338; 2025, № 4 (I kitab), maddə 315, № 7, maddələr 610, 631, № 8, maddələr 738, 744) 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə ikinci halda "verilməsi" sözündən sonra", "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi" sözləri əlavə edilsin. 

Maddə 2. "Torpaq icarəsi haqqında"Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154 (Cild I); 2024, № 11, maddə 1192, № 12 (II kitab), maddə 1338) 10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci hissənin ikinci cümləsinə ikinci halda "verilməsi" sözündən sonra ", habelə "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət icarəsinə verilməsi" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin:

"Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.".

Maddə 3. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390 (Cild I); 2024, № 12 (II kitab), maddə 1338; 2025, № 4 (I kitab), maddə 315, № 8, maddə 744) 8-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə ikinci halda "verilməsi" sözündən sonra ","Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi" sözləri əlavə edilsin. 

Maddə 4. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580 (Cild I); 2024, № 4, maddə 371; 2025, № 4 (I kitab), maddə 315) 4.0.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.5-ci maddə əlavə edilsin:

"4.0.5. "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.".

Maddə 5. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520 (Cild I); 2025, № 4 (I kitab), maddə 315, № 7, maddə 618, № 8, maddə 738) 9.1-ci maddəsinə ikinci halda "halları" sözündən sonra", "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi" sözləri əlavə edilsin.

Maddə 6. "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 536 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı məzmunda 3.5-ci maddə əlavə edilsin:

"3.5. "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.".


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
18 İyul

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:02
18 İyul

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!