27 Oktyabr 2026 16:25
646
DÜNYA
A- A+
NASA “Swift” kosmik teleskopunun missiyasını başa çatdırdı  

NASA “Swift” kosmik teleskopunun missiyasını başa çatdırdı  


NASA “Swift” kosmik teleskopunun missiyasını onun orbitini yüksəltməklə xilas etmək cəhdi uğursuz olduqdan sonra rəsmən başa çatdırıb. Arizona ştatında yerləşən “Katalyst Space Technologies” şirkətinin hazırladığı “LINK” adlı kosmik aparat teleskopu tutaraq daha yüksək orbitə qaldırmalı idi. Lakin aparatın hərəkət sistemində yaranan nasazlıqlar bu əməliyyata mane olub.

2004-cü ilin noyabrında orbitə buraxılan “Swift”in əsas vəzifəsi kainatdakı ən güclü partlayışlardan sayılan qamma-şüa partlayışlarını araşdırmaq idi. İki il fəaliyyət göstərməsi planlaşdırılan teleskop iyirmi ildən artıq müddətdə mühüm elmi kəşflərə töhfə verib.

NASA 2025-ci ildə teleskopu xilas etmək üçün “Katalyst” şirkəti ilə 30 milyon dollarlıq müqavilə bağlamışdı. İyulun 3-də orbitə buraxılan “LINK” teleskopa 12-15 kilometrədək yaxınlaşaraq onun fotosunu çəksə də, nasazlıqlar səbəbindən xilasetmə əməliyyatını tamamlaya bilməyib. NASA-nın oktyabrın 23-də yaydığı məlumata görə, “Swift”in yaxın bir neçə həftə ərzində Yer atmosferinə daxil olması gözlənilir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi 

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!