25 Iyul 2024 02:43
110
CƏMİYYƏT
A- A+

Müsabiqə iştirakçıları üçün təlim təşkil olunub

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub. 
Ombudsman Aparatının Mətbuat xidmətindən  bildirilib ki, hakaton formatında keçirilən müsabiqədə Bakı Dövlət Universitetindən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda iştirak edir. Təlim sessiyasının açılışında Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və UNDP-nin proqram məsələləri üzrə müşaviri Leyla Fəthi çıxış ediblər. Çıxışlarda bu il ölkəmizin COP29-a evsahibliyi etməsi nəzərə alınmaqla bu mövzuda müxtəlif tədbirlərin keçirildiyi diqqətə çatdırılıb, habelə ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Yekunda tələbələrin müsabiqə ilə bağlı sualları cavablandırılıb.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video