25 Iyul 2024 02:44
103
CƏMİYYƏT
A- A+

"Diaspor Gənclərinin V Yay Düşərgəsi"nə seçimlər yekunlaşıb

 

Laçın şəhərində keçiriləcək "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsinə seçimlər başa çatıb. Komitədən  bildirilib ki, düşərgəyə qatılmaq üçün 500-ə yaxın elektron müraciət daxil olub.

Qeydiyyat və müsahibə mərhələlərindən sonra 60 ölkəni təmsil edən 119 nəfər düşərgədə iştirak üçün seçilib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Qeyd edək ki, "Diaspor Gənclərinin V Yay Düşərgəsi" 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik ili" elan olunması münasibətilə Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərində təşkil ediləcək. Yay düşərgəsinin proqramına müxtəlif ictimai-siyasi xarakterli panellər, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, ana dili dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Xatırladaq ki, Diaspor Gənclərinin bu günədək təşkil olunan düşərgələri Şəki, Şamaxı, Şuşa və Naxçıvanda baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video