05 Mart 2026 17:48
711
DÜNYA
A- A+
Müharibə qiymətlərin artmasına səbəb olur  

Müharibə qiymətlərin artmasına səbəb olur  


ABŞ mərkəzi ordu komandanlığı Müdafiə Nazirliyinə müraciət edərək hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün əlavə şəxsi heyət və silah-sursat istəyib. “Politica” nəşri yazır ki, bu istək müharibənin daha 100 gün davam edəcəyini göstərir.

AZƏRTAC xəbər verir ki, əgər hərbi əməliyyatlar sentyabr ayına kimi davam etsə onda dünya iqtisadiyyatı dərin böhran vəziyyətinə düşəcək.

Məsələ heç də Hörmüz boğazının bağalanaraq dünya bazarını neft ixracının məhdudlaşdırılmasında deyil. Körfəz ölkələri idxaldan asılıdır. Coğrafi baxımdan Yaxın Şərq ölkələrinin ərazisi əsasən səhralıqdır. Ona görə də ərzaq mallarından tutmuş digər gündəlik istehlak mallarına qədər hamısı idxal edilir. Bütün bu idxal-ixrac əməliyyatları isə məhz Körfəz vasitəsilə həyata keçirilir. Müharibə təkcə neft və neft məhsullarının deyil, bütün məhsulların bahalaşmasına gətirib çıxarıb ki, bu da dövlətlərin narahatlığına səbəb olub.

“The New York Times” yazır ki, Yaxın Şərqdə ABŞ-nin keçirdiyi hərbi əməliyyatlar yanacağın qiymətinin artmasına səbəb olub ki, bu da zəncirvari reaksiya kimi bütün istehlak mallarının bahalaşmasına gətirib çıxarıb. Rəsmi Vaşinqton bir həftə ərzində hərbi əməliyyatları bitirib İran hakimiyyətini devirəcəyini düşünsə də hadisələr planlaşdırıldığı kimi olmadı. Qəzet yazır ki, dünya bazarında neft və qazın bahalaşması ilk növbədə ABŞ iqtisadiyyatına mənfi təsir göstərir.

Mövcud vəziyyət ilə bağlı Prezident Donald Tramp bəyan edib ki, Körfəzdən neft daşımaq heç də təhlükəli deyil. Onun sözlərinə görə, ABŞ-nin hərbi dəniz donanması neft daşıyan tankerləri mühafizə edəcək. Hətta ABŞ Prezidenti bildirib ki, vurulan tankerlərin sahiblərinin zərərini özü qarşılayacaq. Lakin bu bəyanata baxmayaraq Körfəzdən neft daşınması dayanıb. Heç bir sığorta şirkəti Hörmüz boğazından keçəcəyini biləndən sonra tankerləri sığortalamır.

Beləliklə, ABŞ-nin başlatdığı hərbi əməliyyatlar dünya neft bazarında gərgin vəziyyət və bahalaşmaya səbəb olub ki, bu da öz növbəsində dünya üzrə bütün istehlak mallarını bahalaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!